Adalet.az | Ölkədən qaçmaq istəyən Ramin Hacılı sərhəddə tutuldu - FOTO Adalet.az | Ölkədən qaçmaq istəyən Ramin Hacılı sərhəddə tutuldu - FOTO Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / HADİSƏ

Ölkədən qaçmaq istəyən Ramin Hacılı sərhəddə tutuldu - FOTO

6040    |   2018-06-06 11:35
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfin­dən sər­həd təhlükəsizliyinin təmin edilməsi sahəsində əməliyyat-axtarış və sər­­həd mühafizə tədbirləri uğurla davam etdirilir.

DSX-dan Adalet.az-a verilən xəbərə görə, 2018-ci ilin 4 iyun tarixində DSX-nin sərhəd qoşunlarının Zaqa­tala sərhəd dəstəsinin hərbi qulluqçuları tərəfindən Ba­la­kən rayo­nu­nun Mazımqara kəndinin yaxınlığın­dakı sərhəd zasta­va­sı­nın xidmə­ti ərazisində dövlət sərhə­dinin po­zulmasının qarşısı alınıb. Belə ki, həmin tarixdə sərhəd naryadı tərəfindən dövlət sərhədində 2 nəfər Azər­baycan Res­pub­likası vətəndaşı – 1983-cü il tə­vəllüdlü Hacılı Ramin Rasim oğlu və 1988-ci il təvəllüdlü Qa­sı­mov Fəx­rəddin Azad oğlu saxlanılıblar.

İlkin araşdırma zamanı R.Hacılı ölkədən çıxışına qadağa qoyul­ması səbəbindən dövlət sərhədindən buraxılış məntəqələrindən ölkə ərazisini tərk edə bilməməsini və sərhəd zastavasının xidməti sahəsindən dövlət sərhədini pozmaqla qanunsuz yolla Gürcüstan ərazi­sinə keçməyə cəhd etməsini, F.Qasımovun isə bu əməlin həyata keçiril­mə­­­sində ona köməklik et­məsini etiraf edib.

F.Qasımov tərəfindən də eyni məzmunlu ifadə verilib. R.Hacılı 250 min manat həddində borclarının olmasını, xaricə getməklə bu borcları işləyərək qay­tar­mağa çalışmasını bildirib.

Saxlanılmış şəxslər barəsində Azərbaycan Respublikasının Cina­yət Məcəlləsinin müvafiq maddələri üzrə cinayət işi başlanıl­ıb.



İmza:
SON XƏBƏRLƏR
2018-08-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (71.43%)
Yox (28.57%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Nəvə nənəsindən soruşur:
- Nənə, qanın dadı necə olur?
- Mən, nə bilim, ay bala?
- Bəs babam deyir ki, sən ömür boyu onun qanını içmisən.
- Babanın beyni yoxdu, boş-boş danışır.
- Bilirəm yoxdu, babam deyir ki, sən onun beynini də yemisən.




digər lətifələr
ARXİV
FACEBOOK