Onları niyə öldürmək istəyirlər?

OĞUZ AYVAZ
28250 | 2018-06-08 11:15

Bu günlərdə bir xəbər xeyli məni sarsıtdı. Türkiyəyə qaçaq yollarla girən Əfqanıstan və Pakistanimmiqrantlar Adanada saxlanılıb. Onlarla bərabər İran vətəndaşları da.

Saxlanılan iki İran gənci diqqət çəkir. Sevgilidilər. İkisi də müasirstildə geyiniblər. Qızın saçları çəhrayı rəngli, qolları tatulu. Türkiyə digərgöçmənləri deport etsə də bu ikisi yalvar-yaxarla qalmaq istədiklərinibildiriblər.

Bəs niyə? Niyəsi odur ki, qızın başı açıq olduğundan, saçlarınırənglədiyindən İranda pis münasibətlə qarşılaşacaq, qolları tatulu olduğu üçünkəsəcəklər. Bəlkə də asılacaqlar.

Bax buna görə gənclər gözyaşı tökür, Türkiyədən sığınacaq istəyir. İranınamansız şəriət qaydaları insanın həyatını məhv edir. Bu iki gəncin videolentini gözyaşlarımla izlədim. İnsanın yaşamaq hissləri... Axır bu iki gəncideport etməkdən imtina edib Türkiyə və sığınacaq verib. Bu xəbər isə bütüninsan sevənləri sevincə qərq etdi.

İranlıları ölkəmizdə də çoxgörürük. Bir dəfə Tarqovıdan keçərkən bir neçə iranlı gəncini görüb kədərlənmişdim.İlahi, necə də azad, xoşbəxt görünürdülər. Qızlar başı açıq, siqaretdamaqlarında, oğlanların əlində pivə şüşələri... Deyə-gülə gəzir, sevinirdilər.Mən onların sevincinə kədərlənirdim.


Axı insan qadağalarla yaşayabilmir.

Axı insanın öz seçimi, öz düşüncələri, öz mövqeyi olur...

Axı insan yaşamaq istəyir...

İranda qadın kimi doğulmaqhəyata məğlub kimi başlamaq deməkdir. Necə ağır qanunları var. Dinlə idarə ediləndövlət düşünün. Hansı ki, bu İslam dinidir. Hansı ki, bu dində insan asmaq,insan öldürmək yoxdur.

İnsan hər zaman yaşamaqistəyir. Bu onun ən təbii haqqıdır. İnsanı qadağalarla, qorxudaraq yaşatmaq isə onunməhvinə sürükləyir.


TƏQVİM / ARXİV