ANA SƏHİFƏ / YAZARLAR

Onları niyə öldürmək istəyirlər?

10602    |   2018-06-08 11:15
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bu günlərdə bir xəbər xeyli məni sarsıtdı. Türkiyəyə qaçaq yollarla girən Əfqanıstan və Pakistan immiqrantlar Adanada saxlanılıb. Onlarla bərabər İran vətəndaşları da.

Saxlanılan iki İran gənci diqqət çəkir. Sevgilidilər. İkisi də müasir stildə geyiniblər. Qızın saçları çəhrayı rəngli, qolları tatulu. Türkiyə digər göçmənləri deport etsə də bu ikisi yalvar-yaxarla qalmaq istədiklərini bildiriblər.

Bəs niyə? Niyəsi odur ki, qızın başı açıq olduğundan, saçlarını rənglədiyindən İranda pis münasibətlə qarşılaşacaq, qolları tatulu olduğu üçün kəsəcəklər. Bəlkə də asılacaqlar.

Bax buna görə gənclər gözyaşı tökür, Türkiyədən sığınacaq istəyir. İranın amansız şəriət qaydaları insanın həyatını məhv edir. Bu iki gəncin video lentini gözyaşlarımla izlədim. İnsanın yaşamaq hissləri... Axır bu iki gənci deport etməkdən imtina edib Türkiyə və sığınacaq verib. Bu xəbər isə bütün insan sevənləri sevincə qərq etdi.

İranlıları ölkəmizdə də çox görürük. Bir dəfə Tarqovıdan keçərkən bir neçə iranlı gəncini görüb kədərlənmişdim. İlahi, necə də azad, xoşbəxt görünürdülər. Qızlar başı açıq, siqaret damaqlarında, oğlanların əlində pivə şüşələri... Deyə-gülə gəzir, sevinirdilər. Mən onların sevincinə kədərlənirdim.


Axı insan qadağalarla yaşaya bilmir.

Axı insanın öz seçimi, öz düşüncələri, öz mövqeyi olur...

Axı insan yaşamaq istəyir...

İranda qadın kimi doğulmaq həyata məğlub kimi başlamaq deməkdir. Necə ağır qanunları var. Dinlə idarə edilən dövlət düşünün. Hansı ki, bu İslam dinidir. Hansı ki, bu dində insan asmaq, insan öldürmək yoxdur.

İnsan hər zaman yaşamaq istəyir. Bu onun ən təbii haqqıdır. İnsanı qadağalarla, qorxudaraq yaşatmaq isə onun məhvinə sürükləyir.




İmza:Oğuz Ayvaz

YAZARIN ARXİVİ

2018-05-18 : Parazit adamlar
2017-10-16 : Anamın oxşarı
2017-10-03 : Mən heç kiməm
2017-06-19 : Atama məktub
2017-01-18 : Atama məktub
2016-10-03 : Eşq romanı
SON XƏBƏRLƏR
2018-06-23
11:09 İNSAN
2018-06-22
17:29 ÜMİD


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Sizcə bu komandalardan hansı çempion olacaq?

Braziliya (36.37%)
Argentina (9.09%)
İspaniya (18.18%)
Almanıya (36.36%)
Fransa (0%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Ermənilərlə bacı-qardaş olduğumuz vaxtlardı. Moskvada Yazıçılar Evinin restoranında Zakir Fəxri yeyib-içir. Bu vaxt bir erməni yazıçı da gəlib onunla bir stolda oturur. Hesab vaxtı gələndə erməninin 20 qəpiyi düşür stolun altına. Erməni əyilib pulu axtarır. Zakir Fəxri dərhal bir iyirmi beşliyi yandırıb tutur stolun altına, erməniyə deyir:

- Kirvə, axtar.

Erməni pərt olur. Restorandan çıxırlar, asılqandan paltolarını götürəndə erməni Zakirin acığına asılqanda işləyən kişiyə bir əllilik verir.

Zakir əlini atır cibinə, görür ki, o qədər pulu yoxdu, əlini yelləyib deyir:

- Brat, paltonu bağışladım sənə, geyinərsən. Mən dünən QUM-dan fransuzski əla bir palto almışam.





digər lətifələr
ARXİV
FACEBOOK