adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
06 Iyun 2018 11:17
10163
İDMAN
A- A+

Argentina-İsrail matçı təxirə salındı

Argentina-İsrail yoldaşlıq matçı təxirə salındı.

Argentina millisi İsrail millisi ilə keçirəcəyi yoldaşlıq matçını İsrail ordusunun Qəzza zolağında Fələstin xalqına etdiyi zorakılıq səbəbilə ləğv etdiyini bildirib.

Argentina Millisinin hücumçusu Qonzalo İquain çərşənbə axşamı "ESPN" idman kanalına açıqlamasında bildirib. "Onlar nəhayət ki doğru olanı etdilər"deyə İquain kanala verdiyi müsahibədə deyib.

İsrailin Argentinakı səfirliyi öz Tviter hesabında iki ölkə arasında keçiriləcək yoldaşlıq matçının təxirə salınması təklifini qəbul edib.

Xatırladaq ki matç şənbə günü Yerusəlimdə baş tutacaqdı. Matçın ləğv olunması iğtişaşlar nəticəsində 120 Fələstinlinin öldürüldüyü Qəzza bölgəsində böyük sevinc ilə qarşılanıb.