adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
06 Iyun 2018 09:28
17209
HADİSƏ
A- A+

Zəlzələnin Zaqatalada törətdiyi FƏSADLAR - Fövqəladə Komissiyanın sədri DANIŞDI

Mayın 5-də yerli vaxtla saat 22:40-da Zaqatala ərazisində yeraltı təkanlar qeydə alınıb.

Zaqatala rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Fövqəladə Hallar Komissiyasının sədri Tofiq ƏhmədovModern.az-a rayonda baş vermiş zəlzələnin törətdiyi nəticələr barədə son məlumatları verib.

Onun sözlərinə görə, zəlzələ 22:40 radələrində qeydə alınıb:

"Zaqataladan 24 kilometr aralıda, dərinliyi 19 kilometr, 5-6 bal gücündə zəlzələ baş verib. Dağıntılar arasında qalan, xəsarət alan, dünyasını dəyişən olmayıb”.

Komissiya sədrinin sözlərinə görə, yaşayış binaları, təsərrüfat tikililəri, məktəb və bağçaların divarlarında çatlar əmələ gəlib:

"Əvvəlcədən çat olan yerlər daha da böyüyüb. Əlavə olaraq, həyatyanı sahələrin sərhəd divarları, bəzi təsərrüfat tikililəri uçub. Komissiya gecədən işləyir, akt tərtib olunur, dəymiş ziyan hesablanır və Fövqəladə Hallar Nazirliyinə göndəriləcək”.

Rayon rəsmisi bildirib ki, səhiyyə və polis gücləndirilmiş iş rejiminə keçib:

"Qaz, su, işıq təminatında problem yoxdur”.

Əhalinin təşivişdən dolayı küçələrə axışmasına gəlincə, T.Əhmədov deyib ki, onlarla söhbət aparılıb:

"İnsanlar bundan sonra evlərində gecələyib. Hazırda vəziyyət stabildir”.