ANA SƏHİFƏ / ELM VƏ TƏHSİL

İslam iqtisadiyyatının banisi: Məmmədhəsən Meybullayev-70

7071    |   2018-06-05 17:18
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

UNEC-də iqtisad elmləri doktoru, professor Məmmədhəsən Meybullayevin 70 illik yubileyinə həsr olunan anım tədbiri keçirilib.

Tədbirdə UNEC-in professor-müəllim heyəti ilə yanaşı, tanınmış akademiklər, alimin yaxınları və ailə üzvləri iştirak edib.

Rektor, professor Ədalət Muradov UNEC-in dəyərlərinə hər zaman sahib çıxdığını diqqətə çatdıraraq, bu dəyərlərin önündə universitetin ziyalılarının dayandığını bildirib. Professor M.Meybullayevi islam iqtisadiyyatının tədqiq edilməsində əvəzolunmaz alim adlandıran rektor, onun böyük iqtisadçılar nəslinin formalaşmasında əvəzsiz xidmətləri olduğunu vurğulayıb.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadə görkəmli iqtisadçı alimin apardığı aktual tədqiqatlardan söz açıb. M.Meybullayevin islam iqtisadiyyatı, milli gəlirin təkrar istehsalı sahəsində apardığı tədqiqatlarının ölkə üçün böyük elmi əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.

Akademik Vasim Məmmədəliyev yubilyarı iqtisadi bilikləri mənəvi-dini dəyərlər yönündə tədqiq edən alim kimi xarakterizə edib. M.Meybullayevin "İslam iqtisadiyyatı” monoqrafiyasında islam ölkələrinin sosial-iqtisadi inkişaf meyllərinin əsaslı şəkildə tədqiq etdiyini bildirib.

UNEC-in "İqtisadiyyatın tənzimlənməsi” kafedrasının müdiri, professor Məhiş Əhmədov, "Nəzəri və praktiki iqtisadiyyat” kafedrasının müdiri, professor Ümidvar Əliyev və digər çıxış edənlər alimin elmi-pedaqoji fəaliyyətindən söz açıblar. Azərbaycan Dövlət İqtisad Universitetində müxtəlif illərdə dosent, professor, kafedra müdiri, prorektor vəzifələrində çalışan alimin 200-dən çox elmi əsərin, 6 monoqrafiyanın, 9 dərs vəsaitinin, 4 dərsliyin müəllifi olduğunu qeyd ediblər. "Əməkdar müəllim”,görkəmli iqtisadçı, fədakar insan Məhəmmədhəsən Meybullayevin nəinki elmi-pedaqoji fəaliyyəti, həmçinin ictimai həyatda öz obyektivliyi, prinsipiallığı və tələbkarlığı ilə böyük nüfuz qazandığını bildiriblər.

Tədbirdə UNEC-in İslam İqtisadiyyatı Tədqiqat Mərkəzinin professor Məmmədhəsən Meybullayevin adını daşıması təklif olunub. Məmmədhəsən Meybullayev adına İslam İqtisadiyyatı Tədqiqat Mərkəzinin rəhbərliyi UNEC-in "İqtisadiyyat” (rus dilində) kafedrasının dosenti, alimin qızı Sərvinaz Xanlarzadəyə həvalə edilib. Atası barədə xatirələrini bölüşən S.Xanlarzadə görkəmli alimin ideyalarını davam etdirməkdən qürur duyduğunu bildirib. Ona göstərilən etimada görə təşəkkür edən S.Xanlarzadə bundan sonra da islam iqtisadiyyatının araşdırılması istiqamətində yorulmadan çalışacağını vurğulayıb.

Tədbirdə professor Məmmədhəsən Meybullayevin müəllifi olduğu kitablar nümayiş olunub.




İmza:

BANM-da “Mühəndislər üçün biznes təhsili”nə start verildi

Məktəb direktoru olmaq istəyənlərin NƏZƏRİNƏ

ADU-da Dövlət Bayrağı Günü qeyd olunub

Yeni Orfoqrafiya lüğəti nə vaxt hazır olacaq?

“Coğrafiya” dərsliyinin müəllifləri ittihamlara cavab verdilər

Kamal Abdulla Çexiyanın təhsil, gənclər və idman nazirinin müavini ilə görüşüb

ADU və Mühəndislik Universiteti arasında müqavilə imzalandı - FOTO

İsveçli gənclər Bakı Ali Neft Məktəbinin qonağı olub

YENİLİK: Gələn ildən şagirdlər buraxılış imtahanında esse yazmayacaqlar

DİM yeni model üzrə keçirilmiş ilk sınaq imtahanlarının nəticələrini AÇIQLADI

Bakı Ali Neft Məktəbində Halliburton günü keçirildi

Məktəb direktoru olmaq istəyənlərin NƏZƏRİNƏ

Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hacklink satışı
SON XƏBƏRLƏR
2018-11-13


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (66.67%)
Qaynana (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki alkaş uca binanın başına çıxır və söhbət edirlər. Alkaşın biri binadan aşağı baxır və deyir:
- Görəsən mən burdan aşağı tullansam, neçə günə yerə çataram?
O biri alkaş deyir:
- Bir həftəyə...
- Bəs görəsən ölərəm?
- Bəs necə, ölərəm də sözdüü? Bir həftə ac, susuz, araqsız yol gedirsən eee...




digər lətifələr
ARXİV
FACEBOOK