adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
05 Iyun 2018 17:06
9876
MƏMLƏKƏT
A- A+

Ölkədə pul bazası azalır

Azərbaycanda pul bazası bu il mayın 1-nə 8 413 mln. manat təşkil edib.

Adalet.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, aprelin 1-i ilə müqayisədə 1 058 mln. manat azdır. İlin əvvəlinə nisbətən pul bazası 130,2 mln. manat və yaxud 1,52% azalıb, son 1 ildə isə 784,5 mln. manat və yaxud 10,29% artıb.

Mərkəzi Bankın valyuta ehtiyatları 2018-ci il iyunun 1-nə 5 mlrd. 471,4 mln. dollar təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 464 mln. dollar və ya 13,4% çoxdur. Aprel ayı ilə müqayisədə isə mayda Mərkəzi Bankın valyuta ehtiyatları 5,6 mln. dollar və ya 0,1% artıb.