adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
05 Iyun 2018 17:00
20701
MƏDƏNİYYƏT
A- A+

Vəsilə Vahidqızı İctimai Televiziyadakı vəzifəsindən ayrıldı

Tanınmış teleaparıcı Vəsilə Vahidqızı İctimai Televiziyada (İTV) tutduğu vəzifədən - şöbə müdiri postundan ayrılıb.

Xəbəri Modern.az-a V.Vahidqızı özü də təsdiqləyib. O, İTV-də ştatdan çıxdığını bildirib:

"Mən ümumiyyətlə Diasporla iş üzrə Dövlət Komitəsində işə başladığım üçün İTV-də ştatdan çıxmışam”.

Bu yaxınlarda Diasporla iş üzrə Dövlət Komitəsinə mətbuat katibi təyin edilən V.Vahidqızı İTV-də layihə müəllifi olaraq veriliş aparacağını deyib.

Qeyd edək ki, Vəsilə Vahidqızı1992-2002-ci illərdəAzTV, 2002-2003-cü illərdə"İnternyus-Azərbaycan" İctimai Birliyində, 2004-cü ildə"Space" TV-dəçalışıb.

İctimai Televiziya fəaliyyətə başladığı 2005-ci ildən bu telekanalda çalışıb.

İctimai TeleviziyadaAnons şöbəsinin rəisi, eyni zamanda "Ortaq məxrəc", "Müzakirə vaxtı", "Xalq seçir", "Qarabağ: real tarix" verilişlərinin aparıcısı olub.