adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
05 Iyun 2018 16:25
10579
GÜNDƏM
A- A+

Bakıda pulsuz ekspress marşrutu açılıb

"BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus avtobuslar Bakıda keçirilən BMX velosipedi üzrə dünya çempionatı ilə əlaqədar Azneft meydanı-Velopark ekspress marşrutu üzrə hərəkət edir.

MMC-dən Adalet.az-a verilən məlumata görə, vətəndaşlar 5-6 iyun tarixlərində saat 7:00-dan 15:50-dək, 7 iyun tarixində saat 8:00-dan 15:50-dək, 8-9 iyun tarixlərində isə saat 15:00-dan 00:40-dək "BakuBus” avtobuslarından istifadə edə bilərlər.

Azneft meydanı-Velopark ekspress marşrutu üzrə hərəkət edən "BakuBus” avtobuslarından istifadə pulsuzdur.