Aqil ABBAS: «ÇALMALARINA «YA HÜSEYN» YAZDIRAN ŞƏHİDLƏR»

AQİL ABBAS
65148 | 2019-09-10 12:02

Qarabağ savaşındamən çalmalarına «Ya Əli», «Ya Hüseyn» yazılmışvə bu millətin, bu torpağın, ana-bacılarımızın uğrunda özünü tankın altına atan,sinəsini düşmən gülləsinə sipər edən, «uf» demədən canını bu Vətənə qurban edənyüzlərlə gənc görmüşəm. Elələri vardı ki, 16-17 yaşları vardı. «Dolu» romanında da qeyd eləmişəm, səngərdən qovurdular,bir də görürdülər yenə səngərdədilər.

Ən nifrət etdiyimbir şey varsa, o da məzhəb davasıdı. Və baxıram, zaman-zaman bu məzhəb davasını ortalığa atıb milləti parçalayırlar. Və çox zamanda şiəliyi aşağılayırlar. Qardaşım, nəyəinanırsan inan da, amma day başqasının inancını aşağılama. Sən öz inancını təbliğelə, amma bunu başqasının inancını aşağılamaqlayox. İnsanları maarifləndir, amma yenə bu maarifləndirməni məzhəb davasına çevirmə və kimlərisə aşağılama.

Baxıram, iki-üç gündüsaytlar, sosial şəbəkələr yenə bu məzhəb savaşını qabardır.

Təxminən bir il bundanəvvəl yazdığım bir köşəmi belələrinə cavab olaraq yenidən çap eləmək qərarına gəldim. Bugünki nömrəmizdə oxuya bilərsiz.

Mən Qarabağ savaşında çalmalarına «Ya Əli», «Ya Hüseyn» yazdırıb özünüdüşmən tankının altına atan yüzlərlə gənc görmüşəm.

Sizlər necə, çalmalarına«Ya Müəviyyə», «Ya Yezid» yazdırıbözünü düşmən tankının altına atan bir kimsə gördünüzmü?!

06 iyun 2018

TƏQVİM / ARXİV