adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
05 Iyun 2018 12:53
8102
SAĞLAMLIQ
A- A+

Azərbaycana xaricdən ölü donorun gətirilməsi mümkün olacaq

Azərbaycanda ölü donorun və hissələrinin xaricdən gətirilməsi və göndərilməsi prosesi həyata keçiriləcək

Adalet.az report-a istinadən xəbər verir ki, bununla bağlı "İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında” qanuna dəyişiklik edilir.

Qanuna əlavə edilən 11-1 (Ölü donorun və hissələrinin xaricdən gətirilməsi və göndərilməsi) maddəsinə əsasən, ölü donorun və hissələrinin transplantasiya, tədris və elmi məqsədlərlə xarici ölkələrdən gətirilməsi və ya xaricə göndərilməsi müvafiq icra hakimyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir.

Dəyişiklik layihəsi Milli Məclisin Səhiyyə komitəsinin iyunun 5-də keçiriləcək iclasında müzakirə ediləcək.