ANA SƏHİFƏ / MƏMLƏKƏT

Ramazanın ən çox verilən sualı: XƏSTƏLƏR ORUC TUTMALIDIRMI?

13198    |   2018-06-05 12:43
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Dində bəzi xəstəliklərdən əziyyət çəkənlərin oruc tutmaları vacib olmasa da, həkimlər oruc tutmaq istəyənlərin müəyyən məqamlara diqqət edərək "Ramazan pəhrizi” saxlaya biləcəklərini deyir.

Adalet.az Medicina.az-a istinadən xəbər verir ki, türkiyəli endokrinoloq professor Mitat Bahçeçi müxtəlik xroniki xəstəlikləri olanların sağlamlıqlarını riskə atmadan necə oruc tutmalarından danışıb.

Onun sözlərinə görə, isti günlərdə diabet, tiroid xəstələri daha diqqətli olmalıdırlar:

"1-ci tip diabetli xəstələr, insulin istifadə edən 2-ci tip diabetlilər və diabetdən əziyyət çəkən hamilə qadınlar oruc tutmamalıdırlar.
Dərmanlarla insulini bərpa edən, hipoglisemi riski olmayan, metformen tərkibli dərmanlar istifadə edən, həmçinin pəhrizlə müalicə olunan şəxslər oruc tuta bilərlər”.

Mütəxəssis belə xəstələrin mütləq şəkildə sahura qalxmalı olduqlarını diqqətə çatdırıb:

"İftara isə şorba və şəkərsiz bol su ilə başlamalıdırlar və ən az 15 dəqiqə keçdikdən sonra əsas yeməyə başlaya bilərlər. Şirniyyat və ya meyvəni də iftardan ən az 1 saat keçdikdən sonra yeyə bilərlər”.

Xəstələrə meyvə şirəsinin əvəzinə meyvənin özünü yeməyi tövsiyə edən Bahçeci, alma ya da qatıq üzərinə əlavə edilən 1 çay qaşığı darçının insulin üzərində müsbət effekt yaratdığını qeyd edib:

"Oruc tutan diabetli insanlarda gün ərzində ani və soyuq tərləmə, döyüntü, üzdə solğunluq kimi əlamətlər ortaya çıxarsa mütləq şəkildə qan şəkərinin səviyyəsi ölçülməlidir. Əgər qan şəkəri düşübsə, orucu pozmalı və şəkərli su içməlidirlər”.

Endokrinoloq hipotiroid xəstələrinin rahatlıqla oruc tuta biləcəklərini bildirib. Dərman içmək saatlarına isə diqqət etməli olduğunu vurğulayıb.

"Dərmanlar sahura qalxan zaman ac qarnına içilməlidir. Yemək isə yarım saat sonra yeyilə bilər. Xolesterin dərmanı qəbul edənlər də rahat oruc tuta bilərlər, çünki dərmanlarını yatmazdan öncə atmaqlarını tövsiyə edirik”, - deyə mütəxəssis qeyd edib.



İmza:
SON XƏBƏRLƏR
2018-06-18
2018-06-16
2018-06-15
2018-06-14


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Sizcə bu komandalardan hansı çempion olacaq?

Braziliya (33.33%)
Argentina (16.67%)
İspaniya (0%)
Almanıya (50%)
Fransa (0%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Zakir Fəxri axşam maşını blokun qabağında saxlayır, pəncərəsinə də bir kağız yazıb yapışdırır ki, maşının radiosu yoxdu, maqnitofonu yoxdu, motoru yoxdu, mobil telefonu da özümlə götürmüşəm.
Səhər gəlib görür ki, kağıza yazıblar ki, "Ta onda təkərləri nəyinə lazımdı ki?!




digər lətifələr
ARXİV
FACEBOOK