ANA SƏHİFƏ / ELM VƏ TƏHSİL

BANM-da “Mühəndislər üçün biznes təhsili” bitdi

8153    |   2018-06-05 12:39
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri BP Azərbaycanın iştirakı və maliyyə dəstəyi ilə, yerli mühəndislərin inkişafına dəstək olaraq həyata keçirdiyi "Mühəndislər üçün biznes təhsili” kursunu uğurla başa vurdular. Kurs BANM-ın 5-ci kurs tələbələri üçün nəzərdə tutulub və BANM-dakı təhsil müddətində mühəndislik üzrə yüksək səviyyəli bilik və tətbiqi səriştəliklərə yiyələnmiş tələbələrə, yeni proqram çərçivəsində, həm də menecment və biznes sahəsində geniş bilgilər verir. Bu proqram gələcək məzunların müasir biznes mühitinə daha effektli inteqrə olunması üçün şərait yaradır.

Adalet.az xəbər verir ki, BANM-ın rektoru Elmar Qasımov Ali Məktəbin məzunu olmağa hazırlaşan 5-ci kurs tələbələrilə görüşərək onları "Mühəndislər üçün biznes təhsili” kursunu uğurla başa vurduqları üçün təbrik edib, proqramı uğurla başa vuran bütün tələbələri BP və BANM-ın birgə sertifikatı ilə təltif edib.

Layihənin əsas məqsədi gənc mühəndislərə ümumi biznes biliklərinin baza prinsiplərinin, liderlik keyfiyyətlərinin, layihələrin idarə edilməsinin və bir sıra digər istiqamətdə biznes səriştə və biliklərin öyrədilməsindən ibarətdir. Proqramı tədris etmək üçün layihələrin idarə edilməsi sahəsində təcrübəli ekspertlər cəlb olunub. Səkkiz modulu əhatə edən proqram üçün xüsusi dizayn edilmiş 16 kitabdan (hər modul üçün oxu və məşğələ kitabları) ibarət dərs vəsaitləri hazırlanıb.

"Mühəndislər üçün biznes təhsili”nin proqramına Təqdimat və kommunikasiya bacarığı, Layihələrin idarə edilməsi, Vaxtın idarə edilməsi və effektivlilik, Liderlik, Risklərin idarə edilməsi, Maliyyənin əsasları: Büdcə və xərclərə nəzarət, İnsan resurslarının idarə olunması kimi modullar daxildir.




İmza:

Məktəbi qızıl medalla bitirən 10 şagird BANM-ı seçib

BŞTİ valideynlərin müraciətinə baxmır? - Şikayətə cavab

700 bal toplamış gənc: Azərbaycan universitetlərinin arasında ən perspektivlisi BANM-dır

“UNEC Azərbaycanın ən yaxşı universitetləri sırasındadır” - Prezident təqaüdçüsü

Kamal Abdulla Hindistanın ölkəmizdəki səfiri ilə görüşüb

Orta məktəblərdə daha bir PROBLEM

Birinci sinfə şagird qəbulunun vaxtı uzadılıb

Əslində hamı müəllimə nifrət eləyir - Oğuz Ayvaz yazır...

BANM-da “İnformasiya təhlükəsizliyi” ixtisası “İlin ixtisası” oldu

UNEC-də zəngin proqramlı “Oriyentasiya Günü” keçirilib

Kamal Abdulla Nardaranda mühazirə oxuyacaq

Bakı Ali Neft Məktəbi Prezident təqaüdçülərinin sayına görə ölkə lideri oldu

SON XƏBƏRLƏR
2018-09-20
15:38 TƏBRİK


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Azərbaycanlı ilə erməni üzümlükdən üzüm oğurlayırlar.
Azərbaycanlı ermənidən soruşur:
- Üzümü neyləyəcəksən?
Erməni:
- Mən üzümü aparıb öz gözəl arvadıma verəcəyəm. O məni yaxşı yedizdirəcək, çaxır süzəcək, sonra mən onunla sevişəcəyəm. Səhər isə arvadım üzümdən çaxır çəkəcəkdir.
Bəs sən nə edəcəksən? - deyə erməni azərbaycanlıdan soruşur.
Azərbaycanlı deyir:
- Düzü bazara aparıb satmaq istəyirdim, indi fikrimi dəyişirəm. Mən də elə sənin arvadına aparacağam.




digər lətifələr
ARXİV
FACEBOOK