adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
05 Iyun 2018 12:29
14914
DÜNYA
A- A+

JURNALİSTLƏRİ DƏYİŞDİRƏCƏKLƏR

Moskva şəhər məhkəməsi Ukraynalı jurnalist Roman Suşenkonu 12 il azadlıqdan məhrum edib. 

Adalet.az Rusiya mətbuatına istinadən bildirir ki, "Ukrainform” informasiya agentliyinin əməkdaşı olan və Fransada çalışan jurnalist 2016-ci ildə Moskvada casus kimi həbs edilib. O, Rusiya silahlı qüvvələrinin fəaliyyəti barədə məxfi məlumatlar toplamaqda ittiham olunur. R. Suşenko isə ittihamla razılaşmır və onu qurama hesab edir. Jurnalistin vəkillik statucu ləğv edilmiş vəkili Roman Feyqin hökmdən ali məhkəməyə şikayət ediləcəyini bildirib. Vəkil həmçinin deyib ki, Moskva Suşenkonu "RİA Novosti Ukraina” portalının rəhbəri, Kiyevdə dövlətə xəyanət ittihamıyla həbs edilmiş Kiril Vışinskiylə dəyişmək istəyir. Vışinskinin vəkili də dustaqların dəyişdirilməsiylə bağlı danışıqlarda iştirak eləməyə hazır olduğunu söyləyib, ancaq hələlik siyasətçilərdən və diplomatlardan bu barədə heç bir dəvət almadığını bildirib.