adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
05 Iyun 2018 12:02
6524
HADİSƏ
A- A+

Yolu keçən yaşlı kişini maşın vurdu - Daha bir ölüm

Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, iyunun 4-də saat 19 radələrində Xəzər rayonunun Qala qəsəbəsində Bakı şəhər sakini Elvin Rəhimov idarə etdiyi "Toyota” markalı avtomobillə yolu keçən 60-65 yaşlı kişini vurub və nəticədə həmin şəxs hadisə yerində ölüb. Xəzər RPİ tərəfindən araşdırma aparılır.