warez script warez forum Leaks Forum orkide Link kısaltma sitesi shell indir mavi orkide Link kısalt PHP Scriptler Ataşehir kadın kuaförü Warez forumu hacklink satın al cialis yorumları Adalet.az | Qəhvə haqqında 10 inanılmaz məsləhət Adalet.az | Qəhvə haqqında 10 inanılmaz məsləhət Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / SAĞLAMLIQ

Qəhvə haqqında 10 inanılmaz məsləhət

5946    |   2018-06-05 16:06
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Adalet.az Axşam.az-a istinadən qəhvə haqda bilmədiyiniz bəzi faydalı məsləhətləri təqdim edir:

1. Saça qulluq - Dəmlənmiş qəhvəni saçınızın dibindən ucuna kimi sürtün, 20 dəqiqə sonra yaxalayın. Həftədə bir dəfə edə bilərsiniz. Bu, həm saç tökülmənin qarşısını alacaq, həm də saçlarınıza parlaqlıq verəcək.

2. Bitkilərə qulluq - tərkibində azot olduğu üçün gübrə kimi istifadə olunur.

3. Dekorasiya - həm iyi, həm görünüşü gözəl olduğu üçün dekorasiya kimi istifadə oluna bilər. Bu isə zövqdən asılıdır.

4. Mebel təmizliyi - qəhvəni içdikdən sonra dibini atmayın. Əsgini həmin qəhvəyə batırıb mebeli sürtün. Bu zaman həm mebel parlayacaq, həm də ev ətirli olacaq.

5. Evdə təravət - qəhvəni parçaya bükün və vazaya qoyun. Evinizdə təravətli hava olacaq.

6. Pilinq - qəhvə ölmüş hüceyrələri oyadır. Bunun üçün üyüdülmüş qəhvə ilə zeytun yağını qarışdırın və bədəninizin istənilən bölgəsinə çəkin, 15 dəqiqə sonra yuyun.

7. Birə qovucu - qəhvənin iyi birələrdən qurtulmağa kömək edir. Dəmlənmiş və ya üyüdülmüş qəhvəni saxladığınız ev heyvənının tükləri arasına sürtün. Bu zaman həm onun bədənində birə olmaz, həm də daim xoş iy gələr.

8. Soyuducu qoxusu - Bəzən nə etsək də, soyuducudan xoşagəlməz iy gəlir. Bu zaman da köməyə qəhvə gəlir. Balaca bir qabda üyüdülmüş qəhvəni soyuducuda saxlayın və nəticəni görün.

9. Üz üçün maska - dəmlənmiş qəhvə ilə qabartma tozu qarışdırıb üzünüzə çəkin, 15 dəqiqə sonra yuyun. Bu həm dərinizi sağlam edər, həm qırışlarla mübarizə aparar.

10. Əldə olan iy - Bəzən soğan və ya sarımsaqdan sonra əldən iy gəlir. Bundan qurtulmaq üçün dəmlənmiş, üyüdülmüş qəhvəni əlinizə yaxşı-yaxşı sürtün və yuyun.



İmza:
SON XƏBƏRLƏR
2019-05-25
2019-05-24


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Kubokun sahibi kim olacaq?

"Qarabağ" (66.66%)
"Qəbələ" (20%)
"Sumqayıt" (6.67%)
"Zirə" (6.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Aqşin Yenisey dostları ilə babat yeyib-içir, sonra gedir əmisigilə. Həyətdə it daraşır buna, qolun-qılçın cırmaqlayır. Evə girəndə əmisi deyir:

- Ay bala, bu nə haldı?

- İt tutdu.

- Ə, it bağlıydı axı?!

Aqşin:

- Əmi, it bağlıydı ey, amma mən açıqıydım.





digər lətifələr
ARXİV
FACEBOOK