Qazi və şəhid ailələri ilə görüş keçirilib
"Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyi müqəddəs Ramazan ayı boyunca hər gün Bakıda xeyriyyə aksiyalarını uğurla davam etdirir.
Birlikdən verilən məlumatına görə, təşkilatın rəhbərliyi bu gün bir
qrup qəhrman Qarabağ qazilərini və mübarək şəhid ailələlərini
ziyarət edib.
Görüşdə təşkilatın sədri Sevinc Əzimbəyli və Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli çıxış edərək, Qarabağ qazilərini və müqəddəs şəhid ailələrini mübarək Ramazanda ziyarət etməyin ən böyük savab əməl olduğunu bildirib: "Vətənin varlığı uğrunda canını fəda edən qəhramanlarımıza, onların doğmalarına hər zaman bizlər borcluyuq. Hər gün Ramazan ayı boyunca xeyriyyə tədbirlərimizin həyata keçməsində bizə dəstək verən xeyir-savab əməl
sahiblərinə təşəkkür edirik”.
Görüşdə "Qarabağ Qaziləri” İctimai Birliyinin sədri Etimad
Əsədov diqqət və qayğıya görə təşkilatın rəhbərliyinə təşəkkürünü bildirib. O, Seyid Camal Əzimbəylinin və ailəsinin hər
zaman şəhid və qazi ailələrini bayramlarda unutmadığını diqqətə çatdırıb.
Digər Xəbərlər
24 Aprel 2024 14:41
Şuşaya köç başlayır - Tarix açıqlandı
24 Aprel 2024 14:15Gələn aydan Şuşada elektrik avtobuslar istifadəyə veriləcək
24 Aprel 2024 12:12AQTA bazar rəhbərlərinə xəbərdarlıq etdi
24 Aprel 2024 10:34Sovet hökümətinin sirr kimi saxladığı təyyarə qəzası: Binədən ölümə "uçan" 33 nəfərin aqibəti
24 Aprel 2024 10:03