ANA SƏHİFƏ / İQTİSADİYYAT

AZAL Bakıdan Daşkəndə birbaşa reys açır

5968    |   2018-06-04 15:43
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

İyunun 30-dan etibarən "Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakıdan Özbəkistanın paytaxtı Daşkəndə birbaşa reys açır.

"Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən Adalet.az-a bildirilib ki, uçuşlar həftədə bir dəfə (şənbə günləri), avqustun 1-dən isə həftədə iki dəfə (çərşənbə və şənbə günləri) yerinə yetiriləcək. Özbəkistanın paytaxtı zümrüd rəngli parklar, bağlar, bağçalar, büllur fəvvarələrdən ibarət nəhəng meqapolisdir.

Daşkənd dünyanın bir çox paytaxtlarına xas olan müasir zərifliyi təcəssüm etdirməklə yanaşı, şərq şəhəri kimi təkrarolunmaz koloritə malikdir. Burada sanki qədim şərq nağıllarından peyda olan orta əsrlərə aid tikililər və zərif Avropa memarlığı çox gözəl uzlaşır.

Aviabiletləri AZAL-ın kassalarında, rəsmi agentliklərində və şirkətin www.azal.az saytında bronlaşdırmaq və əldə etmək mümkündür.

Aviabiletləri əldə etmək və daha ətraflı məlumat almaq üçün (+99412) 598-88-80 (Azərbaycandan zənglər üçün qısa nömrə: *8880) telefon nömrələri və [email protected] elektron ünvanı ilə əlaqə saxlamaq olar.



İmza:
SON XƏBƏRLƏR
2018-07-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirirsiniz?

Evdə (33.33%)
İşdə (66.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylını hakim qarşısına çıxarırlar. Hakim:

- Sizi bu iki nəfərə qarşı soyğunçuluqda günahlandırırlar. Bu barədə nə deyə bilərsiniz?
Vəli:

- Vallah, axşam evə gedeyerdim, bu iki qardaş mənə yaxınlaşdı, dedilər ki, saatı və ayaqqabını çıxart. Mən də neyniyim, yazığım gəldi , birinin saatını, o birinin də ayaqqabısını çıxartdem. Polis də məni tutub sizin yanınıza gəteyrdi.





digər lətifələr
ARXİV
FACEBOOK