adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
04 Iyun 2018 17:09
21033
İQTİSADİYYAT
A- A+

5 bankın əmlakı hərraca çıxarılır

Əmanətlərin Sığortalanması Fondu (ADIF) Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası vasitəsilə ləğv prosesində olan QSC "Bank Standard" Kommersiya Bankı, "Texnikabank" ASC, "Zaminbank" ASC, "Royalbank" ASC və "Bank of Azerbaycan" ASC-nin balansında olan daşınar və daşınmaz əmlaklarını 63 lot üzrə satışa çıxarır.

ADIF-dən Adalet.az-a bildiriblər ki, 23 lot üzrə əmlak birinci dəfə hərraca çıxarılır, 16 lot üzrə - ikinci dəfə, 14 lot üzrə - üçüncü dəfə, 10 lot üzrə isə dördüncü dəfə hərraca çıxarılır.

Hərraclar iyunun 11-də, 25-də və iyulun 2-də keçiriləcək.

Hərrac açıq formada Azərbaycan Respublikası Xammal və Əmtəə Birjasında, Bakı şəhəri, İ.Hidayətzadə küçəsi, 156(20A) 1933-cü məhəllə ünvanında keçiriləcək.