adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
04 Iyun 2018 15:16
12979
DÜNYA
A- A+

Bir gündə iki terror: 14 ölü, 20 yaralı

Əfqanıstanın paytaxtı Kabildə bir gündə iki terror aktı törədilib.

Adalet.az "Ria Novosti”yə istinadən xəbər verir ki, birinci partlayış Kabildəki Politexnik Universitetinin binası yaxınlığında ilahiyyatçıların toplaşdığı ərazidə baş verib. Terrorçu-kamikadze partlayıcı qurğunu işə salıb. Nəticədə 14 nəfər ölüb, 17 nəfər yaralanıb.

İkinci terror aktı isə şəhərin mərkəzində qeydə alınıb. Nəticədə 3 nəfər ağır yaralanıb. Hələ ki, heç bir terror təşkilatı partlayışlara görə məsuliyyəti öz üzərinə götürməyib.