adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
04 Iyun 2018 12:20
15610
SİYASƏT
A- A+

Milli Məclis iyunda 3 növbədənkənar iclas keçirəcək - İclasların vaxtı məlum oldu

Milli Məclisin iyun ayındakı 2 növbədənkənar iclasının vaxtı bəlli olub.

Modern.az-ın əldə etdiyi məlumata görə, Milli Məclisin iyun ayında keçriləcək ilk növbədənkənar iclası iyunun 12-də keçiriləcək.

Daha sonra ikinci iclas iyunun 29-da baş tutacaq.

Həmçinin bildirilib ki, gündəlikdə olan məsələlərin sayı çox olduğundan ola bilər ki, 3-cü növbədənkənar iclas da keçirilsin.

Qeyd edək ki, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, parlamentin yaz sessiyası fevralın 1-də başlanır və mayın 31-dək davam edir.