adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
04 Iyun 2018 11:26
11724
İDMAN
A- A+

Güləşçilərimiz Gürcüstandan 7 medalla qayıdırlar

Gürcüstanın Rustavi şəhərində dünya çempionu Temo Kazaraşvilinin şərəfinə yeniyetmə yunan-Roma güləşçiləri arasında beynəlxalq turnir keçirilib.

Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, güləşçilərimiz turniri 1 qızıl, 3 gümüş və 3 bürünc medalla başa vurublar.

Bütün rəqiblərindən üstün olan Qurban Qurbanov (45 kq) turnirin qızıl medalına layiq görülüb. Final görüşündə komanda yoldaşına uduzan Fərhad İsrafilov (45 kq), eləcə də Ruslan Hədisov (65 kq) və Sərxan Məmmədov (110 kq) isə gümüş medalla kifayətlənib.

Bürünc medalları isə yığmamıza Həsrət Cəfərov (51 kq), Xasay Həsənli və Adəm Hacızadə (hər ikisi 60 kq) qazandırıb.

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakimlər Elgün Məmmədov və Zaur Şərifov təmsil ediblər.