adalet.az header logo
  • Bakı 18°C
02 Iyun 2018 17:51
39826
KRİMİNAL
A- A+

“Hacı Beyləqanski”nin həbsinin səbəbi bilindi - VİDEO

Azərbaycanlı kriminal avtoritet Hacıbaba Talıbxanlının həbsinin səbəbi məlum olub.

Adalet.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, cinayət aləmində "Hacı Beyləqanski” ləqəbilə tanınan "qanuni oğru" 2012-ci ildə kriminal avtoritet İlqar Əliyevi qətlə yetirməkdə təqsirli bilinib. Onun barəsində Rusiya qanunverciliyinin müvafiq maddələri ilə cinayət işi açılıb, həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki. İlqar Əliyev "Ded Xasan” ləqəbli kriminal "general" Aslan Usoyanın komandasında yer alıb. "Ded Xasan”ın azərbaycanlı kriminal avtoritet Rövşən Lənkəransinin klanı tərəfindən öldürüldüyü iddia edilib.

Xatırladaq ki, "Hacı Beyləqanski” İstanbulda qətlə yetirilən "qanuni oğru" Rövşən Lənkəranskinin yaxın dostu olub. O, bir müddət əvvəl Nadir Səlifova (Lotu Quli) qarşı sui-qəsd cəhdində şübhəli bilinərək saxlanılmışdı.(azvision.az)