adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
02 Iyun 2018 13:15
22748
KRİMİNAL
A- A+

Külli miqdarda narkotik aşkar edildi

Xətai Rayon Polis İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb.

Bu haqda Adalet.az-a Daxili İşlər Nazirliyindən bildirilib.

Araşdırmalarla onun Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Fərid Əhmədov olduğu müəyyən edilib. Şəxsi axtarış zamanı ondan narkotik vasitə olan 309 qram heroin, həmçinin tiryək və metadon aşkar edilib.

Saxlanılan şəxs götürülmüş maddi sübutla birgə istintaqa təhvil verilib.

Faktla bağlı cinayət işi başlanılıb.