ANA SƏHİFƏ / KRİMİNAL

“Gənclik Mall”dan 5 mobil telefon oğurlayan şəxs saxlanıldı

9147    |   2018-06-02 12:58
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Nərimanov Rayon Polis İdarəsi 18-ci Polis Şöbəsi əməkdaşları tərəfindən paytaxt ərazisində insanların sıx olduğu ticarət mərkəzlərində oğurluqla məşğul olan şəxs saxlanılıb.

Bu haqda Adalet.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Belə ki, həyata keçirilən əməliyyat nəticəsində paytaxt sakini, əvvəllər məhkum olunmuş Orxan Gözəlli saxlanılıb.

Araşdırma zamanı onun Nərimanov rayonunda yerləşən "Gənclik Mall” ticarət mərkəzində ayrı-ayrı şəxslərə məxsus 5 ədəd mobil telefon oğurladığı məlum olub. Belə ki, O.Gözəlli həmin obyektdə insanlar yemək yeyən zaman stolların üsdündə olan və nəzarətsiz qalan mobil telefonları oğurlayıb. İstintaq zamanı saxlanılan şəxsin əldə etdiyi mobil telefonları satdığı məlum olub.

Qeyd edək ki, saxlanılan şəxsin ticarət mərkəzində etdiyi oğurluqlar obyektin təhlükəsizlik kameraları vasitəsilə də lentə alınıb. Göstərilən faktlarla bağlı başlanan araşdırmalar və müvafiq əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Saxlanılan şəxsin digər cinayətlərdə iştirakı da istisna olunmur. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin "102 - Zəng Mərkəzi” Xidmətinə və ya Nərimanov Rayon Polis İdarəsi 18-ci Polis Şöbəsinə müraciət edə bilərlər.





İmza:
SON XƏBƏRLƏR
2018-07-18
2018-07-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirirsiniz?

Evdə (33.33%)
İşdə (66.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Qubadlıda Qaçay müəllim və Azad müəllim birinci katibə Qaz İdarəsinin müdiri rəhmətlik Tahir Verdiyevdən şikayət edirlər ki, əşi, bir ədəbiyyat müəllimini gətirib Qaz idarəsinə müdir qoymusunuz, bəs bizdən yuxarıda yaşayan Mirzəxanın evinə qazı yaxşı verir, bizə isə çox zəif gəlir.
Katib Tahir müəllimi çağırır, soruşur ki, bu nə məsələdi? Tahir müəllim:
- Yoldaş katib, qaz yüngül olduğuna görə həmişə yuxarı qalxır. Mirzəxanın evi yuxarıda olduğuna görə ona qaz çox gedir, aşağıda yaşayanlara az gedir. Amma,vallah, gecələr Qaçay müəllimlə Azad müəllimin evinə gələn şeylərin heç yüzdə biri yazıq Mirzəxanın evinə gəlmir.




digər lətifələr
ARXİV
FACEBOOK