adalet.az header logo
  • Bakı 19°C
02 Iyun 2018 12:24
26867
DÜNYA
A- A+

Rusiya təsdiqlədi: İrana qarşı İsraillə razılıq əldə olunub

Moskva İranın Suriyada hərbi iştirakına qarşı İsraillə razılığa gəlib

Adalet.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya jurnalistlərə açıqlamasında İran qoşunlarının Suriyadan çıxarılmasına dair Rusiya ilə İsrailin razılığa gəldiyini təsdiqləyib.

"Məndə olan məlumata görə, razılıq əldə olunub. Lakin bu razılaşmanın praktikada tətbiq olunub-olunmadığına cavab verə bilmərəm. Amma tərəflər əldə olunan anlaşmadan məmnundurlar. Əgər indi həyata keçirilmirsə də, gələcəkdə olacaq” ,– deyə Nebenzya bildirib.

Xatırladq ki, İsrail rəsmilərinin yaydığı məlumata əsasən, Moskvanın iştirakı və vasitəçiliyi ilə Suriya ilə İsrail arasında danışıqlar aparılıb və razılığa gəlinib ki, iki ölkənin sərhəddində Bəşər Əsədin hökumət qüvvələri yerləşdirilsin. Əvəzində Rusiya İsrailə vəd verib ki, həmin ərazidə İran və "Hizbullah”a bağlı silahlılar olmayacaq.

Rusiya xarici işlər naziri Sergey Lavrov isə bəyan edib ki, Suriyanın cənub sərhəddindən qeyri-hökumət qüvvələri çıxarılmalı və ora yalnız Bəşər Əsədin ordusu yerləşdirilməlidir.(azvision.az)