ANA SƏHİFƏ / HÜQUQ

Məhbusları əfv siyahısına salacağını vəd edən dələduz ifşa edildi

15895    |   2018-06-01 17:16
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyası və Azərbaycan Respublikası Baş Prokurorluğu birgə məlumat yayıb.

Adalet.az-ın məlumatına görə, birgə məlumatda qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən humanizm və ədalət prinsiplərinə əsaslanaraq reallaşdırılan uğurlu dövlət strategiyasının əyani təzahürü kimi ölkəmizdə çoxsaylı əfv sərəncamları imzalanıb, minlərlə məhkum olunmuş şəxsin cəzadan azad edilərək cəmiyyətə reinteqrasiya olunması təmin edilib.

Həyata keçirilən mütərəqqi siyasətin məntiqi davamı kimi bu il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə növbəti əfv sərəncamının imzalanması bir daha humanizm ideyalarının təbliği, şəxsiyyətə inam və hörmətin bariz nümunəsi olmaqla ölkə ictimaiyyəti tərəfindən təqdirəlayiq hal kimi qəbul edilib.

Bununla belə, şəffaf prosedurlar əsasında həyata keçirilən humanizm siyasətindən sui-istifadə halları vətəndaşların hüquqlarının pozulması və dövlətin bu sahədəki fəaliyyətinə ictimai etimadın sarsılması təhlükəsi yaratdığından belə qanunsuz hərəkətlərə qarşı ən ciddi mübarizə tədbirləri davam etdirilməkdədir.

Belə ki, məhkum edilmiş şəxslərin və onların yaxın qohumlarının etibarından sui-istifadə etmə və ya aldatma yolu ilə onlara məxsus müxtəlif məbləğlərdə pul vəsaitlərini ələ keçirən şəxs barəsində Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasından Baş Prokurorluğa daxil olmuş çoxsaylı vətəndaş müraciətləri əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.

Cinayət işinin istintaqı zamanı Allahverdiyev Vüqar İsax oğlunun Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 7 və 13 saylı cəzaçəkmə müəssisələrində saxlanıldığı müddətdə ona telefonla olan danışıq hüququndan istifadə etməsi üçün yaradılmış şəraitdən yararlanaraq özü ilə birlikdə cəza çəkən ayrı-ayrı şəxslərin yaxın qohumlarına zəng etməklə həmin məhkumların adlarının əfv olunan şəxslər siyahısına saldıracağını bildirib naməlum şəxslər vasitəsi ilə Quliyeva Kəmalə İnqilab qızından 3000 manat, Məmmədov Firdovsi Tanverdi oğlundan 2500 manat, Həsənov Namiq Məmməd oğlundan 3000 manat tələb edib almasına və eyni niyyətlə Məlikova İradə Vahab qızından tələb etdiyi 1500 manat pulu ələ keçirməyə cəhd etməsinə, habelə cinayət işi üzrə həmin xüsusatlar araşdırılarkən müəyyən edilmiş digər qanunsuz hərəkətləri törətməsinə şübhələr üçün əsaslar olduğundan, ona Cinayət Məcəlləsinin 178.2.2 (təkrar törədilməklə dələduzluq), 178.2.4 (xeyli miqdarda ziyan vurmaqla dələduzluq), 310 (Vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) və 32.4, 312.2-ci (Vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət verməyə və ya təkrar rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham elan edilib və cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

AzVision.az



İmza:

“Pulum olmayanda ondan istəyirdim” - “Qoca” ilə birgə həbs edilən məhbus

Bakıda qadın onu intim fotoları ilə şantaj edəni bağışladı

Nazirlik zavodu məhkəməyə verdi

Həyat yoldaşı ilə 4 qızını öldürən kişi və oğlu ömürlük həbs cəzası aldı

“Ora gedəndə öyrəndik ki, oğlum artıq morqdadır” - Narkoloji Mərkəzdəki yanğın işi

Sabiq rəis müavini: Fədayə Laçın qadın olduğu üçün bunu ona etmədik

Fədayə Laçının məhkəməsi davam etdirilib: "Çox vaxt daxili rejim qaydalarını pozurdu"

Azərbaycanda 4 vəkilin fəaliyyəti dayandırıldı

Akif Çovdarovun general rütbəsi niyə geri alınmadı? - AÇIQLAMA

Məhkəmə prokurorluğun protestini rədd etdi, sürücü bəraət aldı

Şirkət rəhbərinə cinayət işi açıldı - 3 nəfər həbs edildi

Qanunsuz silahlı birləşmələrdə döyüşən azərbaycanlıların əksəriyyəti orta təhsillidir

SON XƏBƏRLƏR
2018-09-21
2018-09-20
15:38 TƏBRİK


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
- Ədə, dünən məni evə kim gətirib?
- Mən apardım qaqa, amma eşşək qədər içmişdin haa.
- Ay lom, biz 5-ci mərtəbədə qalırıq, mən səhər 4-cü mərtəbədəki xalaşkanın evində oyanmışam.
- Dəlisən sən? Qapını atan açdı axı.




digər lətifələr
ARXİV
FACEBOOK