adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
01 Iyun 2018 17:05
14723
DÜNYA
A- A+

Avropada yaşayan uşaqların sayı açıqlandı

Avropada 65,4 milyon uşaqlı ailə yaşayır.

Adalet.az xarici KİV-ə istinadən xəbər verir ki, Avropa Statistika Komitəsi " Dünya Uşaqlar Günü " münasibətilə Avropa İttifaqındakı ölkələrdə uşaq sayına dair məlumat açıqlayıb. Açıqlamada bildirilir ki, Aİ-da yaşayan 220 milyon ailənin təxminən üçdə biri uşaqlıdır.

Bu ölkələrinin arasında İrlandiya birinci yerdədir. Ölkədə yaşayan ailələrin 40%-i uşaqlıdır. İkinci yerdə Cənubi Kipr və Polşa gəlir-37%. İlk üçlükdə olan ölkələri Slovakiya 36%, Portuqaliya və Ruminiya isə 35% ilə izləyir. Uşaqlı ailələrin ən az olduğu ölkələr isə Almaniya və Finlandiya ( 22%), Bolqarıstan ( 25%), Avstriya ( 26 %) və İsveçdir ( 27%).

Avropa İttifaqı ölkələri arasında uşaqlı ailələrin 47%-ində təkuşaqlıdır. 40%-I ikiuşaqlı, 13%- isə çoxuşaqlı ailələrdir. Üç və ya daha artıq uşaqlı ailələr ən çox İrlandiya, Belçika, Finlandiya, Fransa və İngiltərədə yaşayır.