adalet.az header logo
  • Bakı 18°C
01 Iyun 2018 17:00
11503
GÜNDƏM
A- A+

DGK üç ölkə ilə informasiya mübadiləsinə başlayıb

Dövlət Gömrük Komitəsi Ukrayna, Gürcüstan və İranın gömrük xidməti ilə qarşılıqlı informasiya mübadiləsinə başlayıb.

Adalet.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin Texnoloji İnnovasiyalar İdarəsinin rəisi Azər Abasov bildirib.

Onun sözlərinə görə, qarşılıqlı informasiya mübadiləsinə əsasən adıçəkilən ölkələrdən çıxan yük avtomobilləri ilə bağlı məlumatlar öncədən Dövlət Gömrük Komitəsinə daxil olur və bu da əlavə vaxt itkisinin qarşısını alır.

A.Abasov, həmçinin qeyd edib ki, bu cür əməkdaşlıq Türkiyə və Rusiya ilə də həyata keçiriləcək. Hazırda hər iki ölkə ilə aparılan mübadilə test rejimindədir və bir ay ərzində tətbiqi nəzərdə tutulur