Uşaq günündə məktəblilər maarifləndi - FOTO
Bu gün bütün dünyanın probleminə çevrilən "ağ ölüm”lə mübarizə təkcə hüquq-mühafizə əməkdaşlarının işi deyil, həm də hər bir şüurlu vətəndaşın üzərinə düşən missiyadır. Məhz bu missiyanın mahiyyətini şərh etmək, onu konkret faktlar və qanunun müvafiq maddələrinə uyğun şəkildə ictimaiyyətə çatdırmaq üçün Daxili İşlər Nazirliyinin təşəbbüsü ilə Suraxanı rayonu ərazisində də polis əməkdaşları ardıcıl tədbirlər həyata keçirirlər.
Bu məqsədlə keçirilən növbəti tədbirSuraxanırayonu Bülbülə qəsəbəsi 232 saylı tam orta məktəbdə baş tutub.
Tədbirlərdə çıxış edənSuraxanı Rayon Polis İdarəsinin rəisi, polis
polkovniki Namiq Həsənov vurğulayıb ki, bu gün bütün ölkəmizdə, o cümlədən dəSuraxanıda narkomaniyaya qarşı davamlı işlər aparılır: "Həm ölkə
prezidenti cənabİlham Əliyevin, həm də Azərbaycanın daxili işlər naziri, general-polkovnikRamil Usubov
cənablarının birmənalı şəkildə qarşıya
qoyduğu vəzifələrdən biri də ölkə əhalisini, xüsusilə yeniyetmə gəncləri və
məktəbliləri maarifləndirib, onların sağlam həyat tərzinin təmin olunmasına
yardım etməkdir. Məhz bu məqsədlə də rayon polis şöbəsinin müvafiq əməkdaşları
davamlı şəkildə görüşlər keçirir, tədbirlər keçirir və hər kəsə "ağ
ölüm”ün gətirdiyi bəlaları izah edirlər. Bugünkü görüşümüzdə də biz bu
bəlalardan danışacağıq”.
N.Həsənov qeyd edib ki, aparılan məqsədyönlü tədbirlər nəticəsində Suraxanıda narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi əvvəlki illərlə
müqayisədə xeyli aşağı düşüb. Onun sözlərinə görə, bunun əsas səbəblərindən
biri rayon ərazisində aparılan maarifləndirmə işi, həmçinin "qaynar
xətt”in yaradılmasıdır: "Həyat göstərir ki, bu görüşlər iştirakçılara öz müsbət
təsirini göstərir, onların "ağ ölüm”dən uzaq durmasına yetərincə təsir
edir. Ona görə də biz bu istiqamətdə işlərimizi bundan sonra da davam
etdirəcəyik”.
Digər Xəbərlər
25 Aprel 2024 11:52
Heç olmasa, Musa Yaqubun xətrinə...
25 Aprel 2024 11:45Kağızın Təkrar Emalı Fabrikinə mediatur təşkil olunub - FOTOLAR
25 Aprel 2024 10:40Vətəndaşlar öz avtomobilləri ilə Laçına gedə biləcəklər
25 Aprel 2024 10:32Azərbaycanda balıq ovu qadağan edilir - Bu tarixdən
24 Aprel 2024 14:41