adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
02 Iyun 2018 11:39
9801
İDMAN
A- A+

“Azərbaycanda 18 aya qazandığımı Türkiyədə 48 ilə qazanmamışam”

Yunan-Roma güləşi üzrə milli komandamızın sabiq baş məşqçisi Salih Bora Türkiyədə idmançılar və məşqçilərin az maaş almasından şikayətlənib.

Qol.az-ın xəbərinə görə, "Türkiyə” qəzetinə müsahibəsində özünü güləşin Fatih Terimi adlandıran Bora bildirib ki, futbolda olduğu kimi, digər idman növlərində də uğurun arxasında gərgin əmək durur:

"Mən Fatih Terimə hörmət edirəm. Amma heç vaxt müqaviləm pozulduğu zaman Terim qədər təzminat almamışam. Mən London Olimpiadasında Azərbaycan millisinə rəhbərlik etmişəm. Orda 18 aya qazandığımı Türkiyədə 48 ilə qazanmamışam. Güləşdə məşqçi işləyənlərin maaşı Terimin maaşının heç 0.1 faizi də deyil. Hesab edirəm ki, güləş məşqçiləri daha çox qazanmalıdırlar”.