adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
02 Iyun 2018 11:27
14189
SİYASƏT
A- A+

Tiflis Paşinyana razılıq verməyəcək – Vahid Əhmədov

Azərbaycan torpaqları işğaldan azad olunana qədər heç bir dəmir yolunun açılmasından söhbət gedə bilməz.

Adalet.az xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib.

"Moskva-Suxumi-Tiflis-İrəvan dəmiryolunun istifadəyə verilməsi ilə bağlı söhbətlər çoxdandır ki, gedir. Ermənistan çalışır ki, bu yol açılsın. Çünki sözügedən dəmiryolu açılsa, Rusiya ilə əlaqələr daha da genişlənə, yükdaşımalar və digər məsələlər həll oluna bilər. Ancaq Gürcüstan Azərbaycanın strateji müttəfiqidir. Həmin dəhlizin açılması Bakı-Tiflis əlaqələrinə mənfi təsir edə bilər. Ona görə də inanmıram ki, Gürcüstan belə bir addım atsın. Azərbaycan torpaqları işğaldan azad olunana qədər heç bir dəmiryolunun açılmasından söhbət gedə bilməz”, - deputat bildirib.

Qeyd edək ki, Ermənistan Baş naziri Nikol Paşinyan Tiflisdə səfərdədir. Onun Moskva-Suxumi-Tiflis-İrəvan dəmiryolunun açılması məsələsini müzakirə edəcəyi iddia edilir.