adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
02 Iyun 2018 11:16
19073
MARAQLI
A- A+

“Halal internet” niyə pullu olmalıdır? - Ekspert

Düşünürəm ki, uşaqların internetdə qorunması üçün daha çox iş görülməlidir.

Bu sözləri Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz qeyd edib. O, Milli Məclisdə yaxın günlər ərzində "Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanun layihəsinin müzakirəyə çıxarılacağını bildirib.

"Layihə Milli Məclisin saytında hələlik yerləşdirilməyib. Layihədə uşaqlar üçün nəzərdə tutulmuş informasiyaların yaş təsnifatı, uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiyanın növləri müəyyən edilib.
Uşaqlar üçün internetdə müəyyən təhlükələr var. Buna görə də uşaqların psixologiyasına, sağlamlığına təsir edən ziyanlı kontentin tənzimlənməsi doğru yanaşmadır. Kompleks yanaşma olmalıdır, profilaktiki işlər, maarifləndirmə, valideyn və müəllimlərlə işlərin aparılması, texniki-texnoloji addımlar, uşaqlar üçün faydalı kontentin yaradılması və digər bu kimi tədbirlər görülməlidir. Yəni, uşaqları bəhanə edib provayderdə süzgəc qoymaq, hansısa informasiyalara girişi məhdudlaşdırmaq doğru yanaşma deyildir”.

Osman Gündüz operatorlar və provayderlərin uşaqlar üçün təhlükəsiz olan internetin pulla satılmasının doğru olmadığını bildirib:

"Telekommunikasiya haqqında” qanuna edilən dəyişikliyə görə, operatorlar və provayderlər abunəçinin müraciəti əsasında uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyadan qorunması üçün internet informasiya ehtiyatlarından təhlükəsiz istifadə imkanlarını təmin etməlidir. Yəni hansısa valideyn provayderdən tələb edə bilər ki, ona təhlükəsiz, "halal internet” versin. Bəzi provayderlər artıq "halal internet” məsələsini qismən də olsa həll ediblər. Dövlət provayderi olan Aztelekom.net-də bu xidmət pulludur. Fikrimcə, doğru yanaşma deyil. Düşünürəm ki, NRYTN nəinki dövlət provayderlərində, bütün provayderlərdə bu tip imkanların yaradılmasını təmin etməli və bunun üçün də hansısa əlavə ödənişlər tələb olunmamalıdır”.(axar.az)