İTV-nin yeni rəhbəri: “Biz bu işin öhdəsindən daha yaxşı gəlmək niyyətindəyik”
Bu gün İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasının toplantısı keçirilib. İclasda səs çoxluğu ilə Balakişi Ələkbər oğlu Qasımov İctimail Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsinə seçilib.
Modern.az-ın məlumatına görə, İctimai Televiziya və Radio Yayımları Şirkətinin yeni baş direktoru Balakişi Qasımov gələcək fəaliyyəti ilə bağlı daha geniş açıqlama verib. O, qeyd edib ki, İctimai televiziya və radionu müasir, innovativ media strukturuna çevirmək, ölkənin qabaqcıl kütləvi informasiya vasitələri sırasına çıxarmaq üçün çalışacaq.
"Televiziya və radio sahəsində uğur peşəkar komanda ilə sıx bağlıdır. Hazırda İctimai televiziya və radioda peşəkarlar çalışır və onlarla birlikdə tamaşaçı üçün daha maraqlı kontent istehsal etməyə çalışacağıq. Azərbaycanın inkişafının, cəmiyyətdə baş verən proseslərin işıqlandırılmasında, maarifləndirmə işində televiziya və radionun rolu əvəzsizdir. İctimai televiziya və radionun isə məqsədi adından da göründüyü kimi, cəmiyyətə xidmət etməkdir. Biz bu işin öhdəsindən daha da yaxşı gəlmək niyyətindəyik. İctimai Televiziya və Radio Yayımları Şirkəti 2005-ci ildən etibarən fəaliyyətə başlayıb. Geniş beynəlxalq əlaqələrə malik olan İctimai Televiziya və Radio Yayımları Şirkəti yüzlərlə uğurlu və miqyaslı layihəyə imza atıb. Şirkət gələcəkdə də uğurlu yerli və beynəlxalq layihələrin sayını artırmağı planlaşdırır”.
Balakişi Ələkbər oğlu Qasımov 20 oktyabr 1978-ci ildə anadan olub. 1999-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Biznes üzrə menecment fakültəsinin Mühəndis iqtisadiyyatı və idarəetmə ixtisasını bitirib. 2001-ci ildə isə eyni universitetin İstehsal sistemlərinin idarəedilməsi fakültəsinin Mühəndis iqtisadiyyatı və idarəetmə ixtisası üzrə magistraturasını bitirib. Onun əmək fəaliyyətinin əksər dövrü media-televiziya sahəsi ilə bağlı olub.
İTV-nin baş direktoru seçilənə qədər Gametv.az prodüser mərkəzinin rəhbəri vəzifəsində çalışıb. O, eyni zamanda, Azərbaycan Televiziyasında yayımlanan beynəlxalq lisenziyalı "Əlaçı” ("Brainist”), "61!” ("Jeopardy!”), "Breyn-rinq”, "Kim? Harda? Nə vaxt?" verilişlərinin baş prodüseri və rejissoru olub. Beynəlxalq "Kim? Harda? Nə vaxt?" klubları assosasiyası təfərindən 2010-cu ildə ilin adamı seçilib. 2010-cu ilin yekunlarına əsasən, "Büllur bayquş", "Brilyant bayquş", "Klubun ən yaxşı kapitanı" poqonu mükafatlarına layiq görülüb. 2017-ci ildə "Kim? Harda? Nə vaxt?" hərəkatının inkişafına verdiyi töhfələrə görə Vladimir Voroşilov mükafatının laureatı olub.
Ailəlidir, 2 övladı var.
Digər Xəbərlər
25 Aprel 2024 15:27
Dünənki "ağlaşma " farslarla fransızlar qalib olub: Saxtakarların göz yaşları
25 Aprel 2024 15:06Qazax istiqamətində Azərbaycana təhvil veriləcək körpünün ətrafı minalardan təmizlənir
25 Aprel 2024 14:51Prezidentlərə Füzulinin Baş planı təqdim edildi - FOTOLAR + YENİLƏNİB
25 Aprel 2024 14:35Xocalıda insan qalıqları aşkar edildi - FOTOLAR
25 Aprel 2024 14:34