Əbülfət MƏDƏTOĞLU: GÜVƏNC LİMİTİ

ƏBÜLFƏT MƏDƏTOĞLU
50333 | 2018-06-01 16:06

İnsan güzgüyəbaxanda özünü necə görürsə, olduğu yerə min kilometrlə uzaqdan baxanda da o cürgörür. Və bu müqayisə sənə çox mətləbləri açır, çox məqamları xatırladır və bəzəndə diqtə edir. Tutaq ki, burda, evinin içində, çalışdığın kollektivdə kimsən, nəçisən,hansı nüfuza sahibsən, bunu özün üçün müəyyənləşdirirsən. Amma bu müəyyənetmə dəqiqolmur. O müəyyənetmə kənarda daha gerçək şəkildə ortaya çıxır. Bu gerçəkliyin təzahürləriaxtarılmaqda, aranmaqda, xatırlanmaqda, telefon zənglərində barəndə gəlib çatansöz-söhətdə bəlli olur. Onda bilirsən ki, sən məmləkətində kim olmusan, hansınüfuzun, hansı sayğının sahibinə çevrilmisən. Eləcə də qürbətdə, uzaqlarda kəndinin,şəhərinin, məmləkətinin necəliyi aydınlaşır. Axı, kənardan sən həm həsrətlə, həmdə qəriblik duyğularıyla vətənini kitab kimi vərəqləyirsən, müqayisələraparırsan... Sonra da görürsən ki, bu vətən sənin üçün ürəyinin bir parçasıdı. Özü də bütün gözəllikləri vəözəlliklərilə, yəni qüsurlarıyla da. Axı insan ona aid olan qüsurlu övladdanheç vaxt imtina etmir. O, pəltək də olsa, axsaq da olsa, şikəst də olsa, üzü, bədəniçopurlu da olsa... yəni hansı formada olur-olsun... o sənin övladındı. Sən dəata kimi, ana kimi onu sevmək yükünün məsuliyyətini birmənalı şəkildədaşıyırsan. Nə olsun ki, ömür beş gün... sevgi virtual... çıxış, yəni nitq söyləməkboğazdan yuxarı və daha nələr, nələr bizim günümüzün reallığıdı...

Bəli, mən hər dəfəölkədən, yəni bu gözəlim Azərbaycandan ayağımı kənara qoyanda elə bilirəm ki,bu, sonuncu gedişdi, geri qayıda bilməyəcəm. Hətta gömrüyün, sərhədçininyaratdığı problemə baxmayaraq, düşünürəm ki, daha bitdi hər şey, bu songedişdi. Amma qürbətçiliyin ikinci, üçüncü günündə yenə ürək çəkir, yenə fikiradamı çəkir və yenə gözün doğmaları, dostları, qoyub getdiyin çevrəni axtarır.Zarafatlarını, deyib-gülməni, hətta əsəbləşməni belə içinin göynərtisi iləanırsan. Və bir çox məqamlar üçün özünü də qınayırsan. Nə isə...

Hə, mən bu səfərimdədə bir daha anladım ki, Azərbaycan mənim üçün təkcə nə sualının cavabı deyil. Ohəm də kim sualının cavabıdı. Və mən də kim sualının cavabı olan bu torpağınyaralarını da, ağrılarını da, uğur və itkilərini də, sevinc və kədərini də ələyibqarşıma düzəndə görürəm ki, biz hər birimiz ayrı-ayrılıqda kimsəsiz olmaqla yanaşı, həm də KİMİMİZ olan Azərbaycana çox borcluyuq.Onun havasına, suyuna, torpağına vətəndaş kimi baş əymək, qarşısında diz çökməkvə etiraf etmək lazımdır ki, biz onun daşı olmaq üçün, çınqısı olmaq üçün o qədərdə çox çabalamırıq, çalışmırıq. Ona görə də vətən daşı ola bilmirik. Rəhmətlikxalq şairimiz Məmməd Arazın təbirincə desəm, Vətən daşı ola bilməyən bizlər vətəndaşolmaqda da qüsurluyuq. Və yaxud da burda da gecikirik. Deməli, bütün hallarda mənimqənaətim bundan ibarətdir ki, vətəndə qüsur axtaran özü qüsurludu. Axı,qüsurları biz ortadan qaldırmalıyıq. Biz əgər qaldırmırıqsa, onda onu axtarıb"alabayraq" etməyin nə mənası var ki?! Elə həmin fikirləri içində çək-çevir edə-edə üzümü Tanrıya tutubyazmışdım ki:


Danışmaqdanusandım,

Bu yuxumu yoz,bitir.

Öz-özümdənutandım,

Bu yuxumu poz,bitir -

Tanrım!


Xəyal qurmaq əzabmış

Boyuma biçdinonu...

Kim itirib, kimtapmış

Mənə bu acı sonu-

Tanrım?!


Nədən, kimdənbaşlayım

Hansı dizə başqoyum...

Göstər gorgahıora

Yazılı bir daşqoyum -

Tanrım!


Sevənim dəyoruldu

Sevgim də düşürgözdən...

Külümü də yerəver

Heç nəqalmasın közdən -

Tanrım...


Bax, belə. Əgərheç nəyə yaramıramsa, onda hansısa birişarənin, işartının qalmasının nə mənası var ki?! Ağır sual deyil?

***

Həyatdoğrudan-doğruya insanı hər yerdə, hər məqamda sınamaqla yanaşı, həm də onupüxtələşdirir. Sanki onu sinif otağında parta arxasında oturdub dərs keçir vəöyrən deyir. Mən öz həyatımda, öz təcrübəmdə və ən nəhayət, öz çevrəmdə gördüklərimdənbelə bir qənaətə gəlmişəm ki, hər şeyi bilməkdənsə, ən zəruri olanları bilməkdaha önəmlidi. Çünki ən zərurilər addımbaşı insanın önünə çıxır... insanınqarşısında suala çevrilir. Elə bir suala ki, onun cavabını tapmaq üçündağa-daşa düşməyə ehtiyac yaranır. Amma dağda-daşda olsa belə, nəyi və necəaxtarmağı, ən azından ipucunun nədən ibarət olduğunu bilmədən axtarışa ehtiyacyoxdu. Bu sadəcə özünü yormaq, ömrü boşuna sərf etməkdi. Bunu isə heç kimə, eləcədə özümə arzu etmirəm. Amma neyləyim ki, mənim istəyim, arzum ən yüksək səviyyədəyazılıb, möhürlənmiş qanun deyil. Hər kəs onu tapdaya da bilər, yanından-yörəsindənötüb gedə də bilər. Çünki baxışlar da fərqlidi, baxış bucaqları da. Nə isə...

Əgər mən qürbətdədə vətəndəki kimi düşünürəmsə, vətəndəki istəyimdə, məramımda, hərəkətlərimdəheç bir dəyişikliyə, heç bir redaktəyə yol vermirəmsə, olduğum qəribliyəuyğunlaşmıramsa, bunun günahkarını axtarmaq nəyə və kimə lazımdır ki? Sadəcə qəbuletmək lazımdır ki, mən buyam, mən beləyəm, bu kökün, bu özülün üzərindəyəm. Yəniməmləkətimin baş kəndinin küləyi kimi gündə neçə dəfə səmtimi dəyişmirəm. Elə həmino olduğum istəyin, sevginin içərisində də hər yeri gəzib, dolaşıb, ürəyimdəkinidə özüm kimi gəzdirib, dolandırıb qələmə güc verirəm və yazıram ki:


Mənim ürəyimin başıdumanlı

Sıxma kirpiyinisən bu dumana...

Yaşaya-yaşayaiçi gümanlı -

Alışa bilmirəm mənbu dumana!


Elə pozulub ki,qurduğum düzən

Heyrət də edirəm,nifrət də bəzən...

Mənim ürəyimitapdayıb əzən -

Dən düşür, görnecə, dən, bu dumana!


Gözlərim olduqcaqəmin bulağı

Göynəyir ömrümünhər gün bu dağı!

Əyilir qanadı,sınır budağı -

Qarışır birçiskin, çən bu dumana!..


***

Hərdəndost-tanış iradını bildirir - bəzən yumşaq, bəzən də sərt. Bu irad da təbii ki,mənim yazı-pozuma, mənim hüznlü və kədər yüklü düşüncəmə, misralarıma yönəlikolur. Hər kəs məni optimistliyə, həyatsevər olmağa, hər andan, hər məqamdan ləzzətalmağa, necə deyərlər, ömrün kefini çıxarmağa səsləyir, yönəltməyə çağırır.Amma əvvəldə dediyim kimi mən buluddan da nəm çəkdiyimdən adi bir baxış, heçbir məna ifadə etməyən söz beləyanımdan, içimdən təsirsiz ötüşmür. Elə bil ki, mənim iç dünyam ordan ötüb keçənlərinduracaq yeridi - izlərini, imzalarını qoyub gedirlər. Bax, bu məqamda gözünüzünönünə ən pis halda bir divar gətirin. Görün o divarda nə qədər cavan oğlanın"avtoqrafı" var. Kimisi sevdiyini yazıb, kimisi hansısa bir şəkli çəkib,kimisi telefon nömrəsi qaralayıb və s. və ilaxır.

Mən dostiradını, ümumiyyətlə, ünvanıma deyilən tənqidi dinləməyi də bacarıram, nəticəçıxarmağa da çalışıram. Amma o dediyim "suçəkənliyim, nəmçəkənliyim"südlə gəldiyindən yəqin ki, sümüklə də çıxacaq. Başqa cürə mümkün deyil. Onagörə də dostlar məni üzrlü saysınlar. Düşünməsinlər ki, mən onlara qarşıhardasa sayğısızam və yaxud da onları nəzərə almıram. Axı:


Bir otaqda, biryataqda yaşayır-

Həyatımdı kədərmənim, dərd mənim...

Hər anını, hərgününü başlayır -

Doğulandan mənləbirgə dərdlərim...


Aramızdaaşılmayan tül pərdə

Qonçələnib çiçəkpərdə, gül pərdə...

Ürəyimə elə çəkibdil pərdə -

İmkan vermirbircə misra dərd dərim!


Ha yozuma, hayazıma baxıram

Rəngi solmuş bəyazımabaxıram...

Od ələyənayazıma baxıram -

Boğur məniiçin-için dərd tərim!


Elə buradacamütləq vurğulamalıyam ki, səhhətimlə bağlı etdiyim son səfərdə də bu dünyanın mələkinsanı saydığım dostum Əhməd bəy də mənə bu qədər nəmçəkənliyin həyatıma, ürəyiməzorluq yaşatdığını xüsusi vurğuladı. Mən onu bu duyğusallığına görə bir dahabağrıma basıram və qarşısında etiraf edirəm ki, xəmirim belə yoğrulubdu. Artıqdəyişmək, yeniləşmək mümkün deyil. Və elə həyatımda baş verənlərin hamısının damayasında, damarlarında bu dediyim hisslər axıb gedir, dolaşır. Elə bu məqama qədəroxuduğunuz və bundan sonra da əgər oxumaqda davam eləsəniz, qarşılaşdığınızşeir parçaları məhz Trabzonda, olduğum o duyğusal durumun içərisində doğulubdu.Orada kağıza köçürmüşəm ki:


"Ol"danolmağa qədər

Məsafədə büdrədim...

Öz içimdəqırıldım -

Öz içimdə kükrədim...


Yaradanın"ol"undan

Sənin olana qədər...

Olduğumu unutdum-

Qəfil solana qədər...


İtirdiyimayların

Günlərinə"ah" çəkdim...

Mən bütünolayların -

İçində günah çəkdim...


Üzümə gündoğanda

Kölgəsin saldıbulud...

Təklik məniboğanda -

Göz yaşı olduumud...


"Ol"danolmağa qədər

Olan yolumdaolsan...

Sən də məni"ol!" bilib -

"Ol"danolmağa yol sal!..


***

Deməli,duyğularımın, düşüncələrimin axarında son həftəmi gəzib dolaşdım, son günlərimivərəqlədim. Nəticədə öyrənib bildim ki, gecəli-gündüzlü, işıqlı-qaranlıqlı,sevincli-kədərli, bir az da qarmaqarışıq, bir az da sahibsiz, bir az daunudulmuş və nəhayət, bir az da özü olan ömrümün günəşi qüruba doğru əyilir.Bu, qaçılmaz bir prosesdi. Hər kəs bunu bilir. Bilənlərdən etiraf edənlər dəvar, özlərini görməməzliyə, bilməməzliyə vuranlar da. Amma mənim qənaətim budurki, mən sevincin də, kədərin də, yaxşının da, pisin də, loyallığın da nəolduğunu bilirəm. Ona görə də bu dünyada Səndən və Sevgidən önəmli və güvənliheç kimim, heç nəyim yoxdu. Çox təəssüf ki, zaman güvəni də xırdalayır, üyüdür,qəlpələyir, parçalayır. Mən bu sözləri bir-birinin ardınca bilgisayara diqtə edə-edəürəyimdən keçirirəm ki:


Su çilənmişocağam

Sönürəmiçin-için...

Xatirə olacağam-

Bir gün də səninüçün...


Bəli, bu şeirinhamısını kağıza köçürmək istəmirəm. Çünki fikirlərimin sonunun yenə göz yaşına,sızıltıya, kədərə gəlib bağlanmasını sizlər mənə irad tutursunuz. Mən sizlərlərazılaşıb əlimdəki dəftəri, daha doğrusu, vərəqləri qatlayıb cibimə qoyuram.Cibim o vərəqlər üçün güvənlidi, ürəyim də sənin üçün! Sizlər də çalışın güvəninizierroziyadan qoruyun.


TƏQVİM / ARXİV