adalet.az header logo
  • Bakı 16°C
01 Iyun 2018 15:41
9478
MƏMLƏKƏT
A- A+

Bağdan şam ağacları oğurlayan tutuldu

Sabunçu RPİ-nin 42-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini R.Səmədov aprelin 24-dən mayın 2-dək olan müddətdə Nardaran qəsəbəsindəki bağ evinin həyətindən 50 ədəd şam ağacının çıxarılaraq oğurlandığını bildirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Adalet.az-a verilən xəbərə görə, ​məlumatla əlaqədar dərhal polis əməkdaşları əməliyyat-axtarış tədbirlərinə başlayıb və oğurluğu törətməkdə şübhəli bilinən şəxs qısa müddətdə müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla onun bağlarda fəhləliklə məşğul olan qəsəbə sakini Əziz Babayev olduğu müəyyən edilb. Oğurlayaraq satmaq üçün öz həyətinə gətirib əkdiyi həmin sayda şam ağacı polis əməkdaşları tərəfindən maddi sübut kimi götürülüb. Ə.Babayev İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə 30 sutka həbs edilib.