Faiq QİSMƏTOĞLU: SEVİLƏ-SEVİLƏ GEDƏN DƏRD

FAİQ QİSMƏTOĞLU
47907 | 2018-06-01 13:36

… Deyirlər ki, Allah sevdiyiinsanları müxtəlif çətinliklərlə, xəstəliklərlə imtahan edir. Daha doğrusu, yoxlayıbgörür ki, bəndəsi çətin anda, sıxıntılı məqamda ona sadiqdir, ya yox?! Əgər sadiqdirsə,Allahı sevirsə, Yaradan özü yenə onu o çətin, o mürəkkəb durumdan xilas eləyir.Şükürlər olsun ki, Allah-Təala öz bəndəsini həmişə qoruyur. Təki sən Ulu Yaradandannəsə istə. Sidqi ürəkdən istənilən hər hansı bir arzunu Allah-Təala gec-tez insanagerçəkləşdirir…

Yazını bu notlar üstündəbaşlamağım heç də elə-belə deyil. Qurban olduğum Ulu Yaradan həmişə məni və doğmalarımıən ağır anlardan, ən ağır məqamlardan, ən çətin sınaqlardan qorumağı bacarıb. Vəbiz də düşünmüşük ki, Allahın köməkliyi olmasaydı, biz o bəladan xilas ola bilməzdik.Necə ki, üç il bundan əvvəl qardaşıma ürəyi ilə ilə bağlı Bakıda ölüm diaqnozu qoymuşdular.Yəni demişdilər ki, bunun cəmi-cümlətani üç ay ömrü var. İncidib eləməyin, qoyunöz ömrünü yaşasın, sakitliklə hər şeyi başa vursun. Hətta təyyarəyə də mindirməyiməsləhət bilmirdilər. Tanınmış həkimlər deyirdilər ki, təyyarəyə mindirsəniz, odəqiqə dünyasını dəyişəcək. Ancaq Allahın köməkliyi ilə biz təyyarəyə də mindik,İstanbula da getdik. Orda kardioloq-cərrah Mehmet Sultan Bilal qardaşımın ürəyindəapardığı möcüzəli əməliyyat nəticəsində o tezliklə sağaldı. Və İstanbuldan evimizəböyük sevinclə qayıtdıq. İndi qardaşım maşallah, lap yaxşıdı. Kefi qalxanda 250qram araq vurur, hətta siqaret də çəkir.

… Bir neçə gündür bir aznarahatlığım vardı. Buna son qoymaq üçün dörd il bundan əvvəl ödümdə əməliyyat eləmiştibb elmləri doktoru Müşfiq Həsənovla telefon əlaqəsi yaratdım. Ümumiyyətlə, MüşfiqHəsənov çox böyük ürək sahibidir və həmişə də kimsəsiz adamlara arxa durub. Və məndə onu özümə arxa saymışam. Ümumiyyətlə, mənim həkim sarıdan deyəsən bəxtim gətirib.Əgər belə olmasaydı, beş əməliyyatdan sağ-salamat çıxmazdım. Həkim dostlarım – tibbelmləri doktoru, kardio-cərrah Firdovsi İbrahimov, tibb elmləri doktoru Müşfiq Həsənov,tibb elmləri namizədi Rafiq Yusifli, həkim İdrak Həsənov və eləcə də proktolok Aynurxanım mənim həyatımda çox böyük önəmli rol oynayıblar. Yəni Allahdan sonra onlarməni həyata qaytarıblar. Buna görə göydə Allahıma, yerə həmin həkimlərə borcluyam…

… Axı dedim, Müşfiq Həsənovlaəlaqə yaratdım. Dünən səhər saatlarında işlədiyi özəl klinikaya getdim. İki il idionunla görüşmürdük. Düzdür, telefon danışıqlarımız olurdu, bayram günlərində bir-birimizitəbrik eləyirdik. Amma bu dəfə Müşfiq həkimin çöhrəsində çox böyük bir nur gördüm.Əvvəlcə tibb elmləri doktoru adı alması münasibəti ilə onu təbrik elədim. Düzdür,telefonda təbrik etmişdim. Ancaq o vaxtdanbəri görüşümüz olmurdu. Bizim millət də belədi də işimiz düşməsə heç kimi axtarandeyilik. Axı mən də azərbaycanlıyam.

… O məni həmişə təmənnasızmüayinə və müalicə edib. Ancaq əməliyyata gələndə isə mütləq özəl klinikaya lazımivəsaiti köçürməlisən. Bir qədər hal-əhvaldan sonra Müşfiq həkimə səhhətimdə yaranmışproblemlə bağlı söhbət açdım. Söhbətin qurtarmağına imkan vermədi. Ayağa qalxdıvə qonşu otağa keçməyimi məsləhət bildi. O, qonşu otaqda məni müayinə etdi. Sonrada dedi ki, səndə sivişin problemi yenidən yaranıb. Mən də üç il bundan əvvəl həminxəstəlikdən Gömrük Hospitalında əməliyyat olunmuşdum. Bu sözləri deyəndən sonrahəkim dostum gördü ki, mən həyəcanlanıram, tez də əlavə etdi: «Dədə, qorxub eləməey, bu xəstəlik heç kimi öldürmür. Sadəcə olaraq, hər bir xəstəliyə pasiyent diqqətləyanaşmalıdır. İndi mən sənə dərman yazaram, o dərmanları alıb bir ay qəbul edərsən.Bir aydan sonra bir də müayinə edərik, baxıb görərik nə kimi dəyişikliklər var.Ondan sonra əməliyyata ehtiyac olunub-olunmamasına qərar verə bilərik. Yenə deyirəm, heç nədən qorxub eləmə,çətinliyin olsa zəng vur. Bil ki, sən tək deyilsən!»

Vallah, bu cür təmənnasızhəkimləri görəndə, onların şəfaverici söhbətlərini eşidəndə adam sanki hər şeyiunudur. Hətta xəstəlik də yadından çıxır. Və mənim özüm də heç vaxt hər hansı xəstəlikdən qorxubeləyən deyiləm. İnsan yarandığı gündən ömrünün son anına qədər mübarizələrin ağuşundaolur. Mübarizə aparırsa, həmin problemi qatlayıb qoyursan dizinin altına. Zəiflikgöstərirsənsə, o məsələ sənin axırına çıxır. Mən də elə zəif iradəli adam deyiləmvə az yaşım da yoxdu. Dünyanın hər üzünü, hər sifətini, hər rəngini görmüşəm. Vəindən sonra nə də görsəm, Allaha and olsun ki, təəccüblənib eləyən deyiləm. Çünkibu dünya ki var, hər şey ola bilər. Və mən də o hər şeyə hər dəqiqə, hər an hazıram.

Əvvəlki yazılarımda da qeydeləmişəm. Allah-Təala məni nə az, nə çox düz 15 dəfə ölümdən qurtarıb. Hələ 5 yaşımdaikən maşının kabinəsini açıb Araz çayına düşmək istəmişəm, həmin anda atam rəhmətlikbir anlıq özünü çatdırıb və paltarımdan yapışıb suya düşməyə qoymayıb. Vallah, bilmirəmhansı birini deyim. Üç-dörd dəfə gürzə ilanı məni vurmaq istəyib, xoşbəxtlikdənvə Allahın böyüklüyündən hər şey yaxşı qurtarıb. Üç-dörd dəfə çayda, göldə, dənizdəboğulmuşam, ancaq məni ölməyə qoymayıblar. Və birində Əhəd əmimin oğlu İbrahim məni kəndin üstündəkikanalda boğulmaqdan xilas edib. İki-üç dəfədə avtomobil qəzasına düşmüşəm. Onda yanımdakılar ağır xəsarət alsa da, mən yüngülzədə ilə canımı qurtamışam. Mən qurtarmamışam ey, mən nə karəyəm ki, canımı qurtaram.Mənə can verən, nəfəs verən, həyat verən Allah-Təala qurtarıb. Məgər bunlar azdı?Əgər bu hadisələr vaxtı dünyamı dəyişsəydim, nə mənim ailəm olardı, nə uşaqlarım,nə də nəvələrim. İndi şükür Allaha, gözəl ailəm var, övladım var, iki də qəşəngnəvəm: Sədaqət və Tunar! Onlar da Horadiz şəhərindəki 1 nömrəli tam orta məktəbdəoxuyurlar. Sədaqət 8-ci sinifdə, Tunar da 4-cü sinifdə təhsil alır. Hər ikisi dərsəlaçısıdır. Min şükür bunlara!..

Qurban olduğum yenə mənisınağa çəkibsə, bu Yaradanın öz işidi. Və həmşə də bu sınağa, bu imtahana hazırolmuşam. İnanın, ən ağır əməliyyata gedəndə belə özümdə elə qeyri-adi güc hiss eləmişəmki, sanki əməliyyata yox, toy-bayrama gedirəm. Bax, bunları da mənim qəlbimdə, ürəyimdəyaradan qurban olduğumdu. Onun izni olmasa, nə bir addım ata bilərəm, nə qurtumsu içərəm, nə də səhəri açaram.

… Və mən şükür eləyirəmki, Allahım məni tez-tez sınağa çəkir. Nə qədər tez-tez sınağa çəksə də, yenə onaböyük sevgim, böyük məhəbbətim var. Çünki bilirəm ki, sonda Allah sevdiyi bəndələrisınayır, sadiq olduğunu bilir, səbrinə güvənir və bundan sonra yenidən onu sevindirir.Min şükür Allahın mənə verəcəyi dərdə və sevincə! Onun bəxş etdiyi dərdi də mənhəmişə sevinc kimi qəbul edirəm, sevə-sevə, əzizləyə-əzizləyə öz dünyamda yaşadıram.Bu kədər, bu dərd necə sevilə-sevilə gəlibsə, eləcə də sevilə-sevilə qayıdıb gedir…


TƏQVİM / ARXİV