adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
01 Iyun 2018 00:18
5872
GÜNDƏM
A- A+

SURİYA SEPARATÇI REJİMLƏRİ TANIDI

Özünün müstəqilliyini itirən Bəşər Əsəd separatçı Abxaziya və Şimali Osetiya
qurumlarının müstəqilliyini tanıdı

Rəsmi Tbilisi hesab edir ki, Suriyanın Gürcüstan əraziləri sayılan Abxaziya və Şimali Osetiyanın müstəqilliyinin tanınmasının arxasında Rusiya dayanır. Bu barədə KİV-lərə açıqlama verən Gürcüstanın xarici işlər naziri Mixail Canalidze bəyan edib ki, "təəssüf ki, Rusiyanın oyunlarına qoşulan Əsəd rejimi belə bir qərar qəbul etdi". Daha sonra Canalidze bildirib ki, rəsmi Dəməşqlə diplomatik əlaqələrin kəsilməsi proseslərinə başlanılıb.
Gürcüstan prezidenti Georgi Marqvelaşvili bu qərarla bağlı "Tvitter" səhifəsində yazıb ki, "sənin tərəfdaşların, sənin kim olduğunu göstərir. Bu gün Rusiyanın tərəfdaşı uşaqları kimyəvi silahlarla öldürən Əsəd rejimidi".
ABŞ, Böyük Britaniya və Avropa Birliyi Suriyanın Gürcüstan regionlarının müstəqilliyini tanımasını qəbuledilməz addım kimi qiymətləndirib.
ABŞ Dövlət Departamentinin nümayəndəsi Hizer Noyerd Əsədin bu qərarının onlar üçün sürpriz olmadığını bildirib.
"Biz Gürcüstanın suverenliyini beynəlxalq səviyyədə qəbul edilmiş sərhədləri daxilində dəstəkləməkdə davam edəcəyik", Avropa Birliyi isə qeyd edir ki, Suriya rejiminin bu addımı "ərazi bütövlüyünün qorunması ilə bağlı beynəlxalq hüquq və prinsipləri pozur".
Gürcüstan analitikləri hesab edirlər ki, Bəşər Əsəd rejiminin Abxaziya və Şimali Osetiya rejimlərinin müstəqilliyini tanıması ciddi nəticələrə səbəb ola bilməz. Belə ki, dünya dövlətlərinin yarısından çoxu Əsəd hökumətinin özünü tanımır və qəbul etmir. Ona görə də bu qərar Gürcüstan üçün hər hansı bir problem yaratmayacaq.
Lakin Təhlükəsizlik və Beynəlxalq Məsələlərin Araşdırılması Mərkəzinin rəhbəri Nika Çitadze hesab edir ki, Moskva ondan asılı olan dövlətlərin də belə bir addım atmasına çalışa bilər. Ona görə də Gürcüstan hökuməti müvafiq addımların atılması üçün təcili tədbirlər görməlidir.