adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
31 May 2018 16:50
6955
HADİSƏ
A- A+

Rusiyada 94 nəfər dənizdə boğulub

Çimərlik mövsümünün başlanğıcında Rusiyada artıq 94 nəfər dənizdə boğulub.

Adalet.az "TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin su obyektlərində insanların təhlükəsizliyi İdarəsinin rəhbəri Amayak Nunikyan məlumat verib.

"Bu il isti mövzumun başlanğıcından açıq çimərliklərdə artıq 94 nəfər həyatını itirib” – Nunikyan bildirib.

Onun sözlərinə görə bu rəqəmlər keçən ilki rəqəmləri geridə qoyur.

Nunikyan dənizlərdə boğulma hallarının 2003-cü ildən bəri aşağı düşməsinin müşahidə olunduğunu bildirib.

O həmçinin 2018-ci il üçün də bu cür halların ya keçən il ilə bərabər ya da aşağı olacağını proqnozlaşdırıb.

Qeyd edək ki, Nunikyanın sözlərinə görə 2003-cü ildə Rusiyada dənizlərdə 6039, 2017-ci ildə isə 3725 nəfər həyatını itirib.