adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
31 May 2018 16:34
293226
İDMAN
A- A+

Lempard baş məşqçi təyin edildi

İngiltərə millisinin və "Çelsi"nin sabiq futbolçusu Frank Lempard məşqçiliyə başlayıb.

Adalet.az-ın xəbərinə görə, o, İngiltərə Çempionşip təmsilçisi "Derbi Kaunti"nin baş məşqçisi təyin edilib. Bu barədə klubun saytı məlumat yayıb. 39 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalanıb.

Qeyd edək ki, F.Lempard 2017-ci ilin fevralında futbolçu karyerasını başa vurmuşdu. O vaxtdan indiyə kimi Lempard telekanalda ekspert işləyirdi.