adalet.az header logo
  • Bakı 20°C
31 May 2018 15:57
7356
GÜNDƏM
A- A+

Gənclər və idman komitəsinə sədr seçildi

Milli Məclisin bu gün keçirilən plenar iclasında Gənclər və idman komitəsinə sədr seçilməsi məsələsinə baxılıb.

Adalet.az xəbər verir ki, komitənin sədrliyinə millət vəkili Ülvi Quliyevin namizədliyi irəli sürülüb. Səsvermə ilə Ü.Quliyev Gənclər və idman komitəsinin sədri seçilib.

Qeyd edək ki, bir müddət əvvəl komitənin sədri Fuad Muradov dövlət başçısının sərəncamı ilə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri təyin olunub.