adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
31 May 2018 15:30
10906
MƏMLƏKƏT
A- A+

Sərhədi pozan Türkiyə vətəndaşı saxlanılıb

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti (DSX) əməkdaşları 1 nəfər əcnəbi vətəndaş tərəfindən dövlət sərhədinin pozulmasının qarşısını alıb.

DSX-dan Adalet.az-a bildirilib ki, hadisə Dövlət Sərhəd Xidmətinin sərhəd qoşunlarının "Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində baş verib. Cəlilabad rayonunun Dələli kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində sərhəd naryadında olan sərhədçilər tərəfindən qaraltı müşahidə olunub. Sərhəd zastavasının şəxsi heyəti "Silaha” komandasına qaldırılıb, hadisə yerində nəzarət iz zolağında İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində 1 nəfər şəxsin ayaq izləri aşkar olunub.

Dərhal həyata keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində dövlət sərhədini pozmuş şəxs Cəlilabad rayonunun Şükürlü kəndi ərazisində saxlanılıb. Sərhəd pozucusunun Türkiyə vətəndaşı 1979-cu il təvəllüdlü Yeniyol Vedat Fərhad oğlu olması müəyyən edilib. Saxlanılmış şəxs barəsində zəruri əməliyyat-istintaq tədbirləri həyata keçirilir.