ANA SƏHİFƏ / MƏDƏNİYYƏT

Musiqili Teatrda yeni premyera

12095    |   2018-05-31 15:23
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycan Dövlət Musiqili Teatrının yaradıcı kollektivi fransız əsilli irlandiyalı yazıçı-dramaturq, ədəbiyyat üzrə Nobel mükafatı laureatı Semuel Bekketin məşhur "Qodonun intizarında” əsəri üzərində son məşqlərini tamamlamaq üzrədir.

Teatrın mətbuat xidmətindən Adalet.az-a bildirilib ki, bu əsər bir çox nüfuzlu teatr arenalarını bəzəsə də, musiqili teatrlarda heç vaxt oynanılmayıb. "Qodonun intizarı” üçün dünyada ilk dəfə simfonik musiqini məhz xalq artisti, professor Fərəc Qarayev yazıb.

Hadisələrin bir məkanda və zamanda baş verdiyi pyesdə elə məqamlar var ki, həmin mərhələləri açmaq üçün onu dərk etmək lazımdır. Həssaslıqla yanaşılması tələb olunan bu tamaşada ümidsizlik məsələsini həll edib ümid vermək, mənəviyyatsızlıq məsələsini həll edib mənəviyyat verməklə, fərdiyyətdən cəmiyyətə çıxmağın yolları göstərilir, insanın varlığı, onun mahiyyəti və mahiyyətinin dərin qatları ön plana çəkilir. Tamaşanın bədii rəhbəri sənət ocağının direktoru, Əməkdar İncəsənət Xadimi Əliqismət Lalayev, quruluşçu rejissor Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin magistrantı Yunis Vəlipur, tərcümə edəni Şövqi Hüseynovdur. Səhnə əsərində rolları əməkdar artistlər Əzizağa Əzizov, Şövqi Hüseynov, aktyorlar, Əmrah Dadaşov, Əliməmməd Novruzov, Səmədzadə Xasıyev, Hüseyn Əlili, on yaşlı aktyor Hüseyn Nağıyev və başqaları ifa edəcəklər.

Tamaşanın quruluşçu dirijoru və musiqi tərtibatçısı əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, dirijoru Səməd Süleymanov, quruluşçu baletmeysterləri əməkdar artist Zakir Ağayev və Yelena Ağayeva, konsertmeysteri Nərminə Əbdürəhmanova, səhnə tərtibatçısı Qabil Gözəlov, rejissor assistenti Əliməmməd Novruzovdur.

Səhnə əsərində cəmiyyətə çıxmağın yolları göstərilir, insanın varlığı, onun mahiyyəti və mahiyyətinin dərin qatları ön plana çəkilir.




İmza:
Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hacklink satışı Hileli oyun APK Cracked APK
SON XƏBƏRLƏR
2018-11-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (71.43%)
Qaynana (28.57%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Kişi işə gəlir və iş yoldaşlarına başına gələn hadisəni danışır:
- Dünən məşuqəmin evinə qonaq getmişdim. Elə "işə" başlamaq istəyirdik ki, əri qapının zəngini çalır. Məşuqə dedi:
- Götür ütünü, ağları ütülə!
Bu zaman iş yoldaşlarından biri güldü:
- Bu hadisə Sovet küçəsi 3, mənzil 10-da olub?
- Hə.
- O ağları dünən yox, sırağa gün mən yumuşam!




digər lətifələr
ARXİV
FACEBOOK