adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
31 May 2018 15:12
7706
HADİSƏ
A- A+

Bakıdakı yanğında 5 nəfər xəsarət alıb

Bakı şəhəri, Sabunçu rayonu Yavər Əliyev küçəsində yerləşən çoxmərtəbəli binada baş verən yanğın zamanı 4 nəfərə ilkin tibbi yardım göstərilib.

Adalet.az xəbər verir ki, Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova AzVision.az-a bildirib ki, hadisə yerinə Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadası cəlb edilib.

Nazirlik rəsmisi qeyd edib ki, hadisə zamanı 1 nəfər tüstüdən zərər çəkib, həmin şəxs Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinə yerləşdirilib.

Qeyd edək ki,Bakı şəhərinin Sabunçu rayonu Yavər Əliyev küçəsində yerləşən çoxmərtəbəli binada yanğın baş verib. Yanğın artıq FHN əməkdaşları tərəfindən söndürülüb.