adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
31 May 2018 13:26
17426
DÜNYA
A- A+

ABŞ PREZİDENTİ KİMLƏ?!... MƏSLƏHƏTLƏŞDİ

Prezident Donald Tramp ömürlük həbs cəzasına məhkum olunmuş 63 yaşlı Elis Merinin əfv olunması və həbsxanalarda reformaların aparılması məqsədilə ən çox fahişəliyi ilə məşhurlaşan erməni əsilli fotomodel və teleaparıcı Kim Kardaşyanla məsləhətləşmək üçün onu Ağ Evdə qəbul edib.

Adalet.az xəbər verir ki, bu barədə Tvitter səhifəsində Kardaşyanla şəklini paylaşan Donald Tramp yazır ki, «bu gün Kim Kardaşyanla əla bir görüş keçirdik, onunla ölkə həbsxanalarında reformaların aparılması və hökmlərin çıxarılması məsələlərini müzakirə etdik».

CBS telekanalı bu görüşlə bağlı bildirir ki, prezidentlə görüş zamanı Kardaşyan ömürlük həbs cəzasına məhkum edilmiş Consonun da əfv edilməsi məsələsinə baxılmasını xahiş edib.