adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
31 May 2018 13:05
351158
MARAQLI
A- A+

Yediyiniz qidalar əhval-ruhiyyənizə təsir edir

Əgər əhval-ruhiyyənizin dəyişməyində səbəb kimi psixoloji və fiziki amillərin rolu olduğunu düşünürsünüzsə, araşdırmaların nəticəsi sizi təəccübləndirəcək. Elmi araşdırmalar nəticəsində məlum olub ki, günlük qəbul etdiyiniz qidaların da əhval-ruhiyyənizə təsiri var. Hə, bu da sizi ruhən narahatlığınıza səsəb olan qidalar.




Rəngli, şirin marmelatlar


çox xoş və pozitiv görünsə də tam əksinə, əhvalınızı korlaya bilər. Xüsusən də uşaqlarda hiperaktivliyə, yəni əsəb və diqqətsizliyə yol açır.

Ayaqüstü yeməklər – fast food


Əgər bu ayaqüstü qidaların bədəninizə verdiyi ziyanları vecinizə almırsınızsa, əhvalınıza olan təsiri sizi qorxutmalıdır. Bu kimi qidalar da sizin əhval-ruhiyyənizə mənfi təsir göstərir.

Qatı yağ və marqarin


İnsan sağılığına mənfi təsirləri ilə yanaşı əhvalınızı korlaya bilən ərinməmiş yağ əvəzinə duru yağ istifadə etməyiniz məsləhətdir.

Qarğıdalıdan hazırlanmış şeylər


Pəhrizdə istifadə etdiyiniz bu qidalar enerji verməyi ilə yanaşı sizi melanxolik bir hala sala bilər. Tərkibində bilindiyindən daha çox şəkər olan bu qidanı pəhriz siyahınızdan çıxarmağınız daha yaxşı olar.

Qurudulmuş yemiş və konservalar


Qurudulmuş yemişi sevənlər üçün bu bəd xəbərdir. Bu kimi qidalar psixologiyanıza ən pis təsir edən qidaların başında durur. Tərkibindəki qatqı maddələri yorğunluğa və zəifliyə səbəb olur.