adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
31 May 2018 12:56
24865
İQTİSADİYYAT
A- A+

Bakıda beynəlxalq neft-qaz sərgisi keçirilir

31 may - 1 iyun 2018-ci il tarixlərində Park-Inn Radisson Bakı Hotelində Beynəlxalq Bərpa Olunan Enerji Agentliyi (İRENA) və Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin (ABOEMDA) təşkilati dəstəyi iləAzərbaycanda bərpa olunan enerji mənbələrindən istifadəyə hazırlıq vəziyyətinin qiymətləndirilməsi - Ekspert məsləhətləşmələrinə həsr olunan seminar keçirilib.

Baş tutan seminar Azərbaycanda bərpa olunan enerji mənbələrindən istifadə sahəsində mövcud çətinlikləri və imkanları müzakirə etmək məqsədilə bərpa olunan enerji sahəsində maraqlı tərəfləri bir araya gətirmək məqsədi daşıyırdı.

Seminarı giriş sözü ilə DA-nın sədr müavini cənab Cəmil Məlikov açaraq,ABOEMDA-nın fəaliyyət proqramının birmənalı olaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısı tərəfindən verilən tapşırıqların icrasına yönəldiyini bildirib. Onun sözlərinə görə, 9 aprelin tarixində keçirilən müzakirələr zamanı alternativ və bərpa olunan enerji mənbələrindən istifadənin aktuallığı məsələlərinə toxunulub: "Biz mütləq Alternativ enerji mənbələri yaratmalıyıq. Külək, Günəş, Su elektrik stansiyaları tikilməlidir”, - deyən cənab Prezident İlham Əliyev bu günə kimi alternativ və bərpa olunan enerji mənbələri sahəsinin yaradılmasında tarixi işlər görüb”. Məhz bu səbəbdən də, ABOEMDA-nın strateji yol xəritəsinə uyğun olaraq, başlıca hədəfi 2020-ci ilə qədər 420 MVT qoyuluş gücü olan külək, günəş və bio enerji stansiyalarının quraşdırılması üzrə fəaliyyətini davam etdirir”.

Daha sonra İRENA-nınBaş proqram icraçısıcənab Gurbuz Gonul, çıxış edərək, bərpa olunan enerjinin sosial-iqtisadi faydalarından danışıb. Onun sözlərinə görə, Azərbaycanda enerji sektoru və bərpa olunan enerji sahəsinin inkişafına mütləqsürətdə ümumi baxış keçirilməlidir.

İki gün davam edən Ekspert məsləhətləşmələrinə həsr olunmuş seminarda müzakirələrin keyfiyyətini artırmaq və ekspertlərin tövsiyələrini səmərəli şəkildə dinləmək məqsədilə hər bir mövzu və istiqamətlər üzrə diskussiya panellərinəə ayrılaraq, öz işinə davam edib.