adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
31 May 2018 12:19
9303
MƏMLƏKƏT
A- A+

Sabah bulvarda attraksionlar pulsuz olacaq

1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə ilə Heydər Əliyev Mərkəzinin təşkil etdiyi "Uşaq festivalı” çərçivəsində Dənizkənarı Milli Parkda attraksionlardan, qatarlardan və gəmi gəzintisindən uşaqların ödənişsiz istifadə aksiyası keçiriləcək.

Adalet.az-a Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsindən verilən məlumata görə, aksiyada yaşı 16-ya qədər uşaqlar iyunun 1-də saat 10:00-dan 13:00-dək Dənizkənarı Milli Parkda əyləncə vasitələrindən istifadə edə bilərlər.

Aksiyada üçuşaq qatarı, ikiavtodrom, ikikarnaval, uşaq pavilyonu, "Qorxulu Ev”, "Pirat”, "Möcüzələr dünyası”, "Qüllə” attraksionları, "Mirvari” gəzinti gəmisi azyaşlılara ödənişsiz xidmət göstərəcək.

Aksiyanın yüksək səviyyədə təşkili üçün Dənizkənarı Bulvar İdarəsi gücləndirilmiş iş rejimində çalışacaq.