adalet.az header logo
  • Bakı 17°C
31 May 2018 12:11
9908
İDMAN
A- A+

Millilərimiz yenə qələbə qazana bilmədilər

Bosniya və Herseqovinada qadın həndbolçular arasında "Çelenc Trofi” yarışı davam edir. Apasport.az saytının məlumatına görə, ilk turda meydan sahiblərinə uduzan Azərbaycan ikinci oyun günündə Lüksemburqla üz-üzə gəlib.

Qarşılaşma komandamız üçün yaxşı başlayıb və Vladimir Korotkinin rəhbərlik etdiyi kollektiv fasiləyə 16:9 hesabı ilə üstün yollanıb. Lakin ikinci yarıda rəqib üstünlüyü ələ alıb. Nəticədə lüksemburqlular məğlubiyyətdən qaçıblar və matç 27:27 hesabı ilə yekunlaşıb.

B qrupunun digər görüşündə Bosniya və Herseqovina Böyük Britaniyanı sınağa çəkib. Görüş birincilərin 34:20 hesablı qələbəsi ilə başa çatıb.

Heç-heçə komandamızın yarımfinal şansını çətinə salıb. Çünki III turda yığmamız Böyük Britaniyanı elə hesabla udmalıdı ki, Bosniya və Herseqovinanın Lüksemburq üzərindəki qələbəsi halında 2 oyundakı ümumi fərq 26-dan çox olsun. Düzdü, bu, 26 olsa da, bizə kifayət edə bilər. Amma qol sayında lüksemburqluları qabaqlamalıyıq.

B qrupu

II tur

Lüksemburq – Azərbaycan – 27:27 (9:16)

Bosniya və Herseqovina - Böyük Britaniya – 34:20 (19:9)

N

Ölkə

O

Q

H

M

T

X

1

Bosniya və H

2

2

0

0

68-36

4

2

Lüksemburq

2

1

1

0

55-47

3

3

Azərbaycan

2

0

1

1

43-61

1

4

B. Britaniya

2

0

0

2

40-62

0