adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
31 May 2018 11:47
7381
GÜNDƏM
A- A+

Evlənmək üçün qız tapmaq çətin olacaq

"Əksər ölkələrdə olduğu kimi Azərbaycanda da gender bərabərliyi sahəsində bir sıra problemlər qalmaqdadır. Bu gün Azərbaycanda doğulan uşaqlar arasında cins nisbətinin ciddi şəkildə pozulması xüsusi diqqət tələb edir".

Adalet.az xəbər verir ki, bunu BMT-nin Əhali Fondunun baş müşaviri Fərid Babayev "Azərbaycanda qız övladlarının dəyərinin təbliğ edilməsi üçün gənclərin maarifləndirilməsi" adlı pilot layihənin yekun konfransında deyib.

Onun sözlərinə görə, aparılan araşdırma zamanı məlum olub ki, bu vəziyyət gələcəkdə əhalinin ümumi strukturu və dinamikası baxımdan xoşagəlməz nəticələrə səbəb ola bilər:

"Kişilərin sayının həddən artıq çoxalması, onların ailə qurmaq üçün partnyor tapa bilməsi, eyni zamanda ölkədə zorakı davranış hallarının geniş yayılması hallarında ümumi krimonogen durumun daha da ağırlaşması, qız qaçırma, erkən nikah, insan alveri və s. bu kimi mənfi hallara səbəb ola bilər. Bu fenomenin qarşısının alınması artıq neçə illərdir ki, BMT-ninn Əhali Fondunun əsas fəaliyyət prioritetlərindəndir".

F. Babayev əlavə edib ki, bu istiqamətdə Azərbaycan hökuməti ilə sıx əməkdaşlıq şəraitində müxtəlif layihələr həyata keçirilir.